Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

08-06-2023 / 17:43

Azərbaycanın Cənubi Koreyadakı Səfirliyinin dəstəyilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclasında və Azərbaycan-Cənubi Koreya biznes forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti bu gün Seulda bir sıra ikitərəfli görüşlər keçirib.

Bu barədə Xeberler.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) və Koreya Ağıllı Şəhər Assosiasiyasında yüksək səviyyəli rəsmilərlə baş tutan görüşlərdə Koreya ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, habelə Koreya şirkətlərinin Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirakı və ölkəmizə investisiya qoyuluşu imkanları müzakirə olunub.

Nümayəndə heyəti həmçinin Seul və Anyang şəhər meriyalarının inteqrəolunmuş “ağıllı” idarəetmə mərkəzlərini ziyarət edərək Koreyə təcrübəsi ilə yaxından tanış olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə