Previous Next
Bağla

Azərbaycan Çinin 2 onlayn platforması ilə memorandum imzalayıb

23-09-2019 11:24
Azərbaycan Çinin 2 onlayn platforması ilə memorandum imzalayıb

Pekində (Çin) Azərbaycan Turizm Bürosu (ATB) və ümumilikdə 400 milyon istifadəçisi olan “Ctrip” və “Qyer” () onlayn platformaları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu barədə  ATB-dən məlumat verilib.

Xeberler.az bildirir ki, memorandumun imzalanmasında məqsəd Çin bazarına yönəlmiş turizm məhsullarını ortaq əməkdaşlıqla inkişaf etdirmək və Azərbaycana səfər edən Çin vətəndaşlarının sayını artırmaqdır.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Çinin getmə turizmi üçün böyük potensialı mövcuddur.

O diqqətə çatdırıb ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlsə də, təkcə bu ilin avqust ayının sonunadək bu say 17 min nəfər təşkil edib və bu tendensiya artmaqdadır.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 21-dək Çinin Şanxay, Quançjou və Pekin şəhərlərində silsilə təqdimatlar keçirib.

"Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çinin hər üç şəhərindən ümumilikdə 250-ə yaxın turizm şirkəti iştirak edib.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib. İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ATB: Güclü rəqəmsal infrastruktur balanslı turizmi formalaşdırır

ATB: Güclü rəqəmsal infrastruktur balanslı turizmi formalaşdırır

27-01-2026
Turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb

Turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb

20-04-2015
Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

13-03-2009
Azərbaycan turizm sahəsində startap yarışmasına qoşulur

Azərbaycan turizm sahəsində startap yarışmasına qoşulur

04-07-2018
Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015
Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

05-05-2023
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

01-07-2022
Turizm informasiya mərkəzlərinin saytları yenidən hazırlanacaq

Turizm informasiya mərkəzlərinin saytları yenidən hazırlanacaq

03-09-2015
Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

02-03-2023
Nazir turizm idarlərinin saytları ilə bağlı tapşırıq verdi

Nazir turizm idarlərinin saytları ilə bağlı tapşırıq verdi

28-11-2017
Turizm sahəsində ilk elektron xəbər bülleteni yayımlanıb

Turizm sahəsində ilk elektron xəbər bülleteni yayımlanıb

22-02-2016
Hotellər üçün minimum internet standartları tətbiq olunacaq

Hotellər üçün minimum internet standartları tətbiq olunacaq

27-01-2026
45 min əcnəbiyə elektron turist vizası  verilib

45 min əcnəbiyə elektron turist vizası verilib

18-02-2016
"ADA" ilə “Bayraktar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

"ADA" ilə “Bayraktar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

15-05-2025
Nazirliyin regionlar üzrə ilk saytı təqdim olunub

Nazirliyin regionlar üzrə ilk saytı təqdim olunub

21-10-2017
Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016
Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

16-02-2016
Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

15-04-2024
Turizm sənayesi sosial şəbəkələrdə xidmət satanlardan narazıdır

Turizm sənayesi sosial şəbəkələrdə xidmət satanlardan narazıdır

24-03-2025
E-viza almaq üçün qaydalar təsdiqləndi

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015
Turistlərin ölkəmizlə bağlı məlumat əldə etməsi üçün 8 sayt yaradılıb

Turistlərin ölkəmizlə bağlı məlumat əldə etməsi üçün 8 sayt yaradılıb

26-12-2015
Virtual müsabiqənin qalibləri məlum oldu

Virtual müsabiqənin qalibləri məlum oldu

26-10-2010
4SİM ilə Çin təşkilatları arasında  memorandumlar imzalanıb

4SİM ilə Çin təşkilatları arasında memorandumlar imzalanıb

17-04-2025
Nazir Rəşad Nəbiyev Avropa Parlamentinin Nəqliyyat və Turizm Komitəsinin sədr müavini ilə görüşüb

Nazir Rəşad Nəbiyev Avropa Parlamentinin Nəqliyyat və Turizm Komitəsinin sədr müavini ilə görüşüb

10-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə