Previous Next
Bağla

Azərbaycan turizm sahəsində startap yarışmasına qoşulur

04-07-2018 10:39
Azərbaycan turizm sahəsində startap yarışmasına qoşulur

BMT-nin Ümumdünya Turizm Təşkilatı 20-dən çox ölkədə turizm sahəsində fəaliyyət göstərən mərkəzləri birləşdirən ispan-amerikan şirkəti olan “Qlobalia” şirkəti ilə tərəfdaşlıq çərçivəsində turizm start-up müsabiqəsini elan edib.

Xeberler.az bildirir ki, müsabiqə miqyasına görə dünyanın ilk və ən böyük təşəbbüsü kimi turizm sahəsinə köklü dəyişikliklər gətirəcəyi gözlənilən ən uğurlu yanaşmaları taparaq yaranmaqda olan və hazırda trend olan yeni innovasiya və texnologiyaların tətbiqi üzrə, eləcə də dövri iqtisadiyyat kimi yeni biznes modelləri üzrə startapların dəstəklənməsinə istiqamətlənib.

Ümumilikdə, müsabiqənin əsas məqsədlərindən biri turizmdə davamlılığın təmin edilməsi yönündə töhfələr verəcək layihələrin üzə çıxarılmasıdır. Bu məqsədlə ən yaxşı təklif və layihələrin seçilməsi üçün dünyanın 164 ölkəsində, o cümlədən Azərbaycanda müsabiqə elan edilib.

Qlobal investorlar və korporasiyaların, turizm sahəsində fəaliyyət göstərən böyük şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti layihələri potensial təsirlər, biznes modeli, komanda işi, fərqlilik və yenilikçilik, dayanıqlılıq meyarları üzrə qiymətləndirəcəklər.

Layihələrin aşağıdakı istiqamətlər üzrə olması tövsiyəolunandır:
- Gələcəyin səyahətləri – innovativ layihələr
- Fərqli turizm təcrübələri - tematik turizm istiqamələri (qastronomik, idman və macəra turizmi) üzrə layihələr
- Turizmin ətraf mühitə zərərli təsirlərinin yeni texnologiyalar vasitəsilə azaldılması istiqamətində olan layihələr
- Yerli, lokal, mərkəzdən kənar turizm imkanlarının inkişaf etdirilməsi üzrə olan layihələr.

Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosu adı çəkilən layihədə iştirak etmək istəyən hər kəsi müsabiqəyə qoşulmağa dəvət edir.

Ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

05-05-2023

Turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb

20-04-2015

Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

13-03-2009

Turizm sahəsində ilk elektron xəbər bülleteni yayımlanıb

22-02-2016

Nazirlikdə elektron marketinq üzrə işçi qrupu yaradılıb

28-10-2015

Turistlər elektron vizanı necə əldə edə bilər?

26-08-2015

Turizm informasiya mərkəzlərinin saytları yenidən hazırlanacaq

03-09-2015

Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015

Turizm sənayesi sosial şəbəkələrdə xidmət satanlardan narazıdır

24-03-2025

Azərbaycan Çinin 2 onlayn platforması ilə memorandum imzalayıb

23-09-2019

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

15-04-2024

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012

Azərbaycanın turizm portalı fəaliyyətə başlayıb

18-04-2011

Nazir turizm idarlərinin saytları ilə bağlı tapşırıq verdi

28-11-2017

Bizi xaricə aparan milli saytlarımız

08-06-2015

45 min əcnəbiyə elektron turist vizası verilib

18-02-2016

Mədəniyyət və Turizm Nazirliyi xüsusi İnternet sayt açacaq

05-02-2009

Turistlərin ölkəmizlə bağlı məlumat əldə etməsi üçün 8 sayt yaradılıb

26-12-2015

“Turizmin əsasları”nın elektron variantı təqdim edilib

25-08-2015

Kaspersky Exploring Russia adlı turistik akselerator təqdim edilib

07-05-2020

Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan 7 muzeyin veb saytları hazırlanır

07-08-2009

Virtual müsabiqənin qalibləri məlum oldu

26-10-2010

Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

27-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə