Azərbaycan ilk dəfə “Onlayn Dünya Florası“ seminarına qatılıb

25-02-2015 / 12:21

Amerika Birləşmiş Ştatının  “Onlayn Dünya Florası"nın Missuri Botanika Bağı tərəfindən  İsveçrədə  təşkil olunmuş növbəti beynəlxalq seminarında Azərbaycan ilk dəfə olaraq üzv kimi iştirak edib.

Elmi İnformasiya və İnnovasiya şöbəsindən Xəbərlər-ə verilən məlumata görə,  Azərbaycan tərəfini tədbirdə AMEA Botanika İnstitutunun doktorantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aida Dadaşova təmsil edib.

Məlumatda  bildirilib ki, seminarın əsas məqsədi BMT-nin Biomüxtəliflik Konvensiyasının (CBD) Bitkilərin Qorunmasının Qlobal Strategiyası Hədəf 1 (GSPC Target 1) “Məlum bitki növlərinin elektron floritstik siyahısı” üzrə dünya florasının məlum bitki növlərinin siyahılarının tərtib edilməsinin, nəşr olunmuş və olunacaq dünya floralarının onlayn elektron nüsxələrinin kütləvi istifadəyə verilməsinin müzakirəsi olub.

"Onlayn Dünya Florası" çərçivəsində 25-dən çox ölkə əməkdaşlıq edir. Dünya florasının ümumi məlum siyahısının tərtibi ictimai, ekoloji və iqtisadi problemlərin həll olunması ilə yanaşı, itmə təhlükəsi altında olan bitki növlərinin mühafizə edilməsi baxımından çox aktualdır.

 

Məltəm Talıbadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə