Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin “Vətəndaşların Elektron Müraciət Portalı” adlı layihəsi ilə təmsil olunduğu “WSIS Prizes 2021” mükafatlandırma mərasimi keçiriləcək.
Xeberler.az mərkəzə istinadla məlumat verir verir ki, Azərbaycan İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində (“WSIS-2021”) təmsil olunur. Sammit informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün dünyanın illik ən böyük tədbirlərindəndir.
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Bu tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır. Forum çərçivəsində mayın 17-dən 21-dək yüksək səviyyəli siyasi sessiyalar keçiriləcək. Hökumət, özəl sektor və ictimai təşkilatların yüksək səviyyəli təmsilçiləri tərəfindən İKT sahəsində yaranmaqda olan tendensiyalar, imkanlar və çağırışlar müzakirə olunacaq. Sammit öz işini mayın 21-dək davam etdirəcək.
BTİ, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə İxtisaslaşmış Agentliyi (UNESCO), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hər il ənənəvi olaraq təşkil olunan sammitdə Nazirlər Toplantısı, digər sessiya və forumlar da keçiriləcək.
Sammit çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları” (“WSIS Prizes – 2021”) da sahiblərinə təqdim olunacaq. Azərbaycan müsabiqəyə Məlumat Hesablama Mərkəzinin “Vətəndaşların Elektron Müraciət Portalı” adlı layihəsi ilə qatılıb. Mükafatlandırma mərasimi mayın 18-də saat 15:00-da onlayn keçiriləcək.
Aşağıdakı linkdən qeydiyyatdan keçərək canlı yayıma qoşula bilərsiniz: https://itu.zoom.us/.../register/WN_df5TAMg-SmahmMsV-8cS-w
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri