Previous Next
Bağla

ASAN xidmət Dubayda təqdim olundu

09-02-2016 10:17
ASAN xidmət  Dubayda təqdim olundu

8-10 fevral tarixində Dubay şəhərində Ümumdünya İdarəetmə Zirvə Toplantısı keçirilir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sayca 4-cü olan Zirvə Toplantısına dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda biznes və elm dairələrinin mindən çox nümayəndələri qatılıb.

ASAN xidmət-dən Xeberler.az-a verilən məlumata görə, tədbirin ilk günü “Davamlı inkişaf məqsədləri fəaliyyətdə” mövzusunda təşkil olunmuş paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. Agentliyin sədri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəetməsinin və onun əsas istiqamətlərindən olan dövlət xidmətlərinin göstərilməsinin vacib əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən agentliyin sədri bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib. O, davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsirə malik olduğunu vurğulayıb. 

Paneldə Dünya Bankının İnkişaf məsələləri üzrə birinci vitse-prezidenti cənab Mahmud Mohyeldin, Birləşmiş Millətlər Fondunun Prezidenti xanım Kəti Kalvin, Estoniya Hökumət Aparatının məsləhətçisi xanım Eili Lepik çıxış ediblər. 

Geniş müzakirələrlə və suallarla davam edən tədbirə yerli və xarici ölkə nümayəndələri, BMT və Dünya Bankının həmçinin mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.

 Eyni zamanda Azərbaycanın Dubaydakı Baş konsulu Pərviz İsmayılzadə də tədbirdə iştirak edib. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

  Zirvə görüşü növbəti gün də öz işini davam etdirəcək. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ASAN xidmət BMT-də təltif olunacaq

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015
ASAN xidmət  qlobal forumda təqdim olunub

ASAN xidmət qlobal forumda təqdim olunub

11-11-2016
“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

05-05-2015
Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib

Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib

07-11-2019
ABAD xaricdə təqdim edilib-Foto

ABAD xaricdə təqdim edilib-Foto

23-06-2017
İndoneziya ASAN xidmət modelini seçib-Foto

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017
ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018
Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

13-07-2016
Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019
ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025
ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

24-11-2018
Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020
“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

15-05-2015
Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025
Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın görüşündə iştirak edib

Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın görüşündə iştirak edib

29-01-2020
“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026
Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019
ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
İnam Kərimov: ““ASAN qatar” sistemi yaradılacaq”

İnam Kərimov: ““ASAN qatar” sistemi yaradılacaq”

24-12-2016
“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025
"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə