""Əşyaların İnterneti” XXI əsrin ən mühüm çağırışlarındandır”.
Xeberler.az-ın məlumatına görə, bunu AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Əşyaların İnterneti”nə (Internet of Things – IoT) seminarında çıxışı zamanı deyib.
Alim rəhbərlik etdiyi elmi müəssisədə 2000-ci illərin əvvəllərindən başlayaraq müvafiq sahə üzrə prioritet elmi istiqamətlərdə araşdırmaların aparıldığını, dissertasiyaların müdafiə olunduğunu, müxtəlif kitabların, monoqrafiyaların, elmi məqalələrin çap olunduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, AMEA-da artıq xeyli müddətdir ki, seysmoloji, ekoloji, radioloji, meteoroloji, astronomik, tibbi tədqiqatların və monitorinqlərin aparılmasında “Əşyaların İnterneti”ndən istifadə olunur.
R.Əliquliyev deyib ki, “Əşyaların İnterneti” təkcə sənaye sektorunda deyil, cəmiyyətin bütün fəaliyyət sferalarında, o cümlədən sosial-iqtisadi sahələrdə inqilabi dəyişikliklərə səbəb olur, yeni dəyərlər, münasibətlər formalaşdırır.
“Müasir dövrdə “Əşyaların İnterneti” dünya elminə geniş imkanlar açmaqla yanaşı, müxtəlif istiqamətlərdə bir sıra problemlər də yaradır”, – deyə bildirən akademik bu sahədə əsas problemin virtual məkanın real məkanla inteqrasiyası olduğunu qeyd edib.
R.Əliquliyev “Əşyaların İnterneti”nin texnoloji, hüquqi, sosial-iqtisadi, ekoloji və s. kimi müxtəlif aspektlərinin müzakirəsi, eləcə də bu məsələlərə diqqətin cəlb edilməsi baxımından seminarın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri