Azərbaycanın internet bazarına ölkəmizi beynəlxalq internet şəbəkəsinə bağlayan 3-cü magistral (Backbone) internet provayderi daxil olur.
Xeberler.az hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, bu səlahiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" MMC-yə verilməsi üçün işlər aparılır.
“Report”un sorğusuna cavab olaraq “Aztelekom”dan bildirilib ki, hazırda mümkün imkanlar araşdırılır:
“Ölkədə telekommunikasiya sahəsində sağlam rəqabətin təmin edilməsi üçün fərqli operatorların fəaliyyət göstərməsi vacib amildir. “Aztelekom” MMC olaraq, bazarda müştərilərə yüksək keyfiyyətli xidmətin göstərilməsində maraqlı olmaqla bərabər, hazırkı dövrün yüksək texnologiyaların tətbiq edilməsi üçün mümkün imkanları dəyərləndiririk. Mövcud müştəri tələblərinin qarşılanması üçün uzunmüddətli inkişaf strategiyamızda bu imkanlardan yararlanmağı hədəfləyirik”.
Qeyd edək ki, “Aztelekom” MMC ölkə üzrə fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.
Hazırda Azərbaycanda “Delta Telekom” və “Azertelecom” MMC-lər “Backbone” internet provayderidir.
Report
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri