Previous Next
Bağla

Yaponiya texnologiya nəhəngləri süni intellekt sahəsində inhisara qarşıdır

03-10-2024 12:43
Yaponiya texnologiya nəhəngləri süni intellekt sahəsində inhisara qarşıdır

Yaponiyanın antiinhisar nəzarəti orqanı bildirib ki, ABŞ-ın texnologiya nəhənglərinin yarımkeçiricilər və inkişaf üçün zəruri olan ixtisaslaşdırılmış kadrlar sahəsində üstünlük təşkil etdiyi şəraitdə ədalətli rəqabəti təşviq etmək məqsədi ilə sürətlə inkişaf edən generativ süni intellekt bazarı ilə bağlı araşdırma aparılır.

Xeberler.az məlumat verir ki, süni intellekt texnologiyasındakı sürətli irəliləyişlər Yaponiya Ədalətli Ticarət Komissiyasını bu mövzu ilə bağlı ictimai rəyə arxalanaraq antiinhisar və rəqabət risklərini qiymətləndirməyə sövq edib. Komissiya noyabrın 22-dək biznes və istifadəçilərin rəylərini toplayacaq və onları təhlilini aparacaq. İlk yekun hesabatın gələn ilin yazında açıqlanması gözlənilir.

Generativ AI-nin inkişafı yüksəksürətli emal üçün optimallaşdırılmış yarımkeçiricilərə və model təlimi üçün böyük həcmdə məlumatlara əsaslanır. Komissiya xəbərdarlıq edib ki, bu cür resurslara çıxışın məhdudlaşdırılması yeni oyunçuların bazara daxil olmasını qeyri-mümkün edə bilər.

Yaponiya, həmçinin ABŞ-ın çip nəhəngi “Nvidia Corp”un generativ süni intellekt üçün istifadə edilən yarımkeçiricilərdə qlobal bazar payının təxminən 80 faizinə sahib olması ilə bağlı narahatlığını ifadə edib və Komissiya bildirib ki, məlumatlar da bir neçə şirkət arasında cəmlənib.

Mütəxəssisləri inhisara almaq və süni intellekt əsasında öz məhsul və xidmətlərini prioritetləşdirmək üçün maliyyə gücündən istifadə edən İT nəhəngləri də daxil olmaqla, Komissiya tərəfindın beş əlavə risk də qeyd edilib. Yaponiyadan kənarda tənzimləyici orqanlar da generativ süni intellektin mövcud vəziyyətini başa düşmək üçün yarışırlar. Yanvar ayında Birləşmiş Ştatlar əsas İT şirkətləri arasında generativ süni intellektlə əlaqəli korporativ ittifaqlar və investisiyalar haqqında məlumat tələb edib, Avropa İttifaqı və Cənubi Koreya isə öz araşdırmalarına başlayıb.

Komissiyanın baş katibi Tetsuya Fujimoto çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib: “Generativ süni intellekt iqtisadiyyat və cəmiyyətə çoxlu faydalar gətirsə də, biz onun düzgün şəkildə həyata keçirilməsini necə təmin edəcəyimizi araşdıracağıq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Çində generativ süni intellekt üçün çip yaradılıb

Çində generativ süni intellekt üçün çip yaradılıb

20-12-2025
Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

27-10-2023
Cənubi Koreya BƏƏ-nin süni intellekt layihəsinə qoşulur

Cənubi Koreya BƏƏ-nin süni intellekt layihəsinə qoşulur

18-11-2025
BƏT generativ süni intellektlə bağlı hesabat hazırlayıb

BƏT generativ süni intellektlə bağlı hesabat hazırlayıb

21-05-2025
Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə sərmayə qoyacaq

Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə sərmayə qoyacaq

05-06-2026
Azərbaycan kontentinə malik süni intellekt platformaları inkişaf etdirilir

Azərbaycan kontentinə malik süni intellekt platformaları inkişaf etdirilir

27-03-2024
Rusiyada süni intellektin tətbiqi üzrə qərargah yaradılacaq

Rusiyada süni intellektin tətbiqi üzrə qərargah yaradılacaq

20-11-2025
“4SIM Azerbaijan” süni intellekt imkanlarından Azərbaycan iqtisadiyyatının artım tempini sürətləndirmək üçün istifadə edəcək

“4SIM Azerbaijan” süni intellekt imkanlarından Azərbaycan iqtisadiyyatının artım tempini sürətləndirmək üçün istifadə edəcək

17-10-2024
“AI Index Report 2026”: Süni intellekt  sürətlə inkişaf edir

“AI Index Report 2026”: Süni intellekt sürətlə inkişaf edir

16-04-2026
ABŞ Ərəb ölkələrinə yarımkeçiricilərin satışını təsdiqləyib

ABŞ Ərəb ölkələrinə yarımkeçiricilərin satışını təsdiqləyib

20-11-2025
Süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq edilib

Süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq edilib

18-01-2024
Cənubi Koreya və İtaliya əməkdaşlığı genişləndirir

Cənubi Koreya və İtaliya əməkdaşlığı genişləndirir

19-01-2026
Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

31-03-2025
4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

22-01-2025
Əbu-Dabi ABŞ-dan süni intellekt çiplərini alacaq

Əbu-Dabi ABŞ-dan süni intellekt çiplərini alacaq

17-05-2025
ABŞ-da süni intellektlə bağlı sövdələşmələr qadağan edilib

ABŞ-da süni intellektlə bağlı sövdələşmələr qadağan edilib

29-10-2024
Nvidia yeni nəsil süni intellekt çipini təqdim edib

Nvidia yeni nəsil süni intellekt çipini təqdim edib

20-05-2025
Avropa Komissiyası “Amazon” şirkəti ilə bağlı antiinhisar araşdırmasına başlayıb

Avropa Komissiyası “Amazon” şirkəti ilə bağlı antiinhisar araşdırmasına başlayıb

11-06-2015
ABŞ-də hüquqi xidmətlərin əvəzinə süni intellekt istifadə edilir

ABŞ-də hüquqi xidmətlərin əvəzinə süni intellekt istifadə edilir

09-10-2025
Süni intellektin inkişafına dair məruzə dinlənilib

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025
Generativ süni intellekti kökündən dəyişən texnologiya hazırlanıb

Generativ süni intellekti kökündən dəyişən texnologiya hazırlanıb

29-08-2025
Avropa İttifaqı “Meta” şirkətinə qarşı araşdırma başladacaq

Avropa İttifaqı “Meta” şirkətinə qarşı araşdırma başladacaq

04-12-2025
“Nvidia” “Siemens” şirkəti ilə əməkdaşlıq edəcək

“Nvidia” “Siemens” şirkəti ilə əməkdaşlıq edəcək

07-01-2026
İsrailin Baş naziri süni intellektə nəzarətin gücləndirilməsinin tərəfdarıdır

İsrailin Baş naziri süni intellektə nəzarətin gücləndirilməsinin tərəfdarıdır

19-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə