Previous Next
Bağla

"Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb"

28-11-2019 09:47
"Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb"

"Dünyada elektron ticarətin həcmi 2018-ci ildə 3,53 trilyon dollardan 2022-ci ildə 6,54 trilyon dollara çatacaq. Ölkəmizdə elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın olsa da, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir, halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15%-ə çatır. İnternetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən təqribən 7% ola bilər. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsini aparır. Proqramda elektron ticarət rəqəmsal ekosisetmin tərkib hissəsi kimi qəbul edilir. Elektron ticarət infrastrukturunun genişləndirilməsi, elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi və qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur."

Xeberler.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının “World E-Commerce Eurasia 2019” Baku Forumunda açılış nitqində bildirib. Vüsal Qasımlı “Azexport.az” portalının fəaliyyətindən də danışıb.

"Azərbaycanda e-ticarətin lideri Azexport.az portalı sahibkarlar üçün “ixrac çekap”ı nəzərdə tutur.  “Azexport” portalı “amazon.com”, “alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub. Azexport “Google Market Finder” vasitəsilə hansı ölkələrdən Azərbaycan  məhsullarına daha çox axtarış verildiyini görməklə marketinq alətidir. “Azexport.az”ın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb. Azexport.az Portalının tərkib hissəsi kimi fəaliyyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı həm yerli, həm də xarici iş adamlarının rəqəmsal iqtisadiyyata töhfəsini stimullaşdırır. Post-industrial dövrdə dünyada xidmətlərlə ticarət geniş vüsət alır. Azexport.az portalı Yaradıcı və Mədəniyyət Sənayeləri (musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) məhsullarının ixracına başlayıb. Bunun üçün Azexport.az portalı bu sahədə ixtisaslaşan etsy.com, kickstarter.com, amazon kindle, Apple Music, Itunes, Google Play və Sotheby’s auksion evi ilə əməkdaşlıq edir."

 Vüsal Qasımlı sonda informasiya və rabitə xidmətləri üzrə ÜDM-in artdığını vurğulayıb.

"Azərbaycanın qeyri-neft ixracında getdikcə informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır. Belə ki, informasiya və rabitə xidmətləri üzrə ÜDM 2016-2019-cu illərdə 40 faizdən artıq inkişaf edib. 2019-cu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə  30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaradıcı məhsulların Azexport portalı ilə ixrac imkanları mövzusunda təqdimat keçirilib

10-10-2019

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

27-07-2018

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olundu

31-01-2019

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017

Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

16-01-2023

“Azexport” portalı AzTU-da tələbələrlə görüş keçirəcək

24-04-2025

“TurkicExport” portalının layihəsi təqdim edilib

19-02-2024

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

27-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə