Previous Next
Bağla

Azərbaycan İKT təcrübəsi yüksək qiymətləndirilib

14-05-2015 10:46
Azərbaycan İKT təcrübəsi yüksək qiymətləndirilib

Bu həftə Estoniyanın paytaxtı Tallin şəhərində ilin ən böyük informasiya-kommunikasiya texnologiyaları (İKT) tədbirlərindən olan ənənəvi “İKT Həftəsi 2015” (“ICT Week  2015”) keçirilir.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, tədbir çərçivəsində bütöv bir həftə ərzində İKT sahəsində çalışan dünyanın müxtəlif yerlərindən olan ekspertlər, dövlət və özəl sektor nümayəndələri fikir mübadiləsi və yeni əlaqələrin yaradılması, eləcə də hökumət və özəl sektorda İKT sahəsində əldə edilmiş ən son nailiyyətlərlə tanış olmaq imkanı əldə ediblər.

Tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti də iştirak edir.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi heyətin tərkibində eyniadlı nazirliyin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət), ADA Universitetinin, "B.EST Solutions", "Microsoft Azərbaycan" və digər təşkilatların nümayəndələri təmsil olunur.

“İKT Həftəsi 2015” çərçivəsində baş tutan əsas tədbirlərdən biri də elektron hökumətə dair beynəlxalq konfrans (Tallinn e-Governance Conference 2015) olub.

Estoniyanın Elektron İdarəetmə Akademiyası tərəfindən təşkil edilən və effektiv e-idarəetmə məsələlərinə həsr edilən konfransa dünyanın 36 ölkəsindən elektron idarəetmə və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış mütəxəssislər, yüksəkvəzifəli rəsmi şəxslər, eləcə də beynəlxalq təşkilatların, biznes sektorunun və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıb.

Konfransın rəsmi açılış mərasimində Estoniyanın prezidenti Toomas Hendrik İlves çıxış edərək tədbiri parlaq ideyaların müzakirəsi üçün əlverişli məkan kimi qiymətləndirib.

Qeyd edək ki, həftə ərzində baş tutan konfranslarda elektron xidmətlərin gələcəyi, Şərq Tərəfdaşlığı ölkələrində elektron idarəetmə modelləri, elektron hökumət kontekstində kibertəhlükəsizlik, şəhərlərdə elektron parkinq infrastrukturunun yaradılması və s. mövzuları əhatə edən seminarlar təşkil edilib.

Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər və yeni xidmətlərlə bağlı olan təcrübəsi innovativ xidmətlərin yaradılması sahəsində ən yaxşı beynəlxalq təcrübələr sırasında qeyd edilib. Konfrans ərzində tədbirin təşkilatçıları tərəfindən həmçinin “Azərbaycan – vətəndaşlar üçün effektiv elektron idarəetməni inkişaf etdirərək” adlı informasiya bukleti və “Azərbaycanın ən yaxşı təcrübəsi” adlı veb-resurs (www.azerbaijanbestpractice.com) da iştirakçılara təqdim edilib.

Bu məlumat vasitələrində Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilən islahatlara, vətəndaşlara göstərilən sosialyönümlü xidmətlərə və kibertəhlükəsizlik məsələlərinə dair icmallar və elektron idarəetmə və İKT sahəsi üzrə ölkənin sahib olduğu göstəriciləri əks etdirən məlumatlar əksini tapıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak edəcək

04-05-2015
Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

12-05-2015
ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018
“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

15-05-2015
Ötən həftə İKT sahəsində nələr baş verib?

Ötən həftə İKT sahəsində nələr baş verib?

18-05-2015
Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015
 Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

19-04-2017
Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında  iştirak edir

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018
Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022
“Asan İmza” Polşada təqdim edilib

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015
“Azərbaycan Estoniyanın İKT sahəsindəki təcrübəsindən yararlana bilər”

“Azərbaycan Estoniyanın İKT sahəsindəki təcrübəsindən yararlana bilər”

08-01-2009
“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

28-09-2016
Elektron hökumətlə bağlı məsələlər müzakirə olundu

Elektron hökumətlə bağlı məsələlər müzakirə olundu

03-04-2015
Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015
Azərbaycan İKT sahəsində beynəlxalq simpoziumda iştirak edəcək

Azərbaycan İKT sahəsində beynəlxalq simpoziumda iştirak edəcək

13-10-2015
Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017
Azərbaycanın İT şirkəti beynəlxalq biznes mükafatının qalibi olub

Azərbaycanın İT şirkəti beynəlxalq biznes mükafatının qalibi olub

21-07-2015
Beynəlxalq sərgi-forumda ölkəmizin İKT sahəsindəki yenilikləri təqdim olunur

Beynəlxalq sərgi-forumda ölkəmizin İKT sahəsindəki yenilikləri təqdim olunur

09-04-2019
 “Asan İmza” Romada təqdim edildi

“Asan İmza” Romada təqdim edildi

06-05-2015
“Asan İmza” Daşkənddə təqdim edilib

“Asan İmza” Daşkənddə təqdim edilib

22-09-2016
“Asan İmza” Haaqada təqdim ediləcək

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016
Dövlət Agentliyinin sədr müavini Berlinə səfər edib

Dövlət Agentliyinin sədr müavini Berlinə səfər edib

13-02-2020
Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

18-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə