Previous Next
Bağla

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018 11:29
Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) üzvü olan dövlətlərin səsverməsi ilə Dubay şəhərində keçirilən İttifaqın 20-ci Səlahiyyətli Konfransı (PP-18) zamanı BTİ-nin Baş Katibi seçilib. Növbəti 4 il ərzində İttifaqa Çin əsilli Houlin Cao başçılıq edəcək.

Xeberler.az  bildirir ki, yeni baş katib 178 üzv dövlətdən 176-nın səsini qazanıb. Məlumat üçün bildirək ki, Baş katibin seçilməsi üçün 89 üzv dövlətin səsi kifayətdir.  O, 1 yanvar 2019-cu ildən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

Xatırladaq ki, bundan əvvəl də H.Cao BTİ-nin Baş katibi idi. O, informasiya-kommunikasiya texnologiyaları mühəndisidir.
  
H.Zao 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi vəzifəsinə seçilməzdən əvvəl BTİ-nin Baş katibinin müavini, İttifaqın  İKT üzrə texniki standartlar işləyib hazırlayan Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru kimi çalışıb.
 
Eyni zamanda, bu gün BTİ-nin Baş Katibinin Müavini vəzifəsinə ingilis vətəndaşı Malkom Conson, BTİ-nin Telekommunikasiya Standartlaşdırma Bürosunun Direktoru vəzifəsinə koreyalı Çausib Lee və BTİ-nin Telekommunikasiya İnkişafı Bürosunun Direktoru vəzifələrinə amerika vətəndaşı xanım Dorin Martin seçilib.
 
BTİ-nin Radiorabitə Bürosunun Direktoru vəzifəsi üzrə namizədlər lazımi səs toplamadığı üçün sabah yenidən səsvermə keçiriləcək.
 
Məlumat üçün bildirək ki, seçkilərdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021

Rəşad Nəbiyev Baş katib Dorin Boqdan Martin ilə görüşüb

10-07-2025

Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

13-01-2022

Nuru Əhmədov BTİ-nin qızıl medal və sertifikatına layiq görülüb

18-04-2014

Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

23-03-2022

Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqında ikiqat uğuru

19-11-2018

Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

11-10-2010

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

05-11-2018

Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

04-10-2022

Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

18-04-2018

Azərbaycan qızıl medalla təltif edildi

19-05-2015

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

17-11-2024

Ümumdünya Telekommunikasiya Standartlaşdırma Assambleyası təxirə salınıb

11-01-2021

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Beynəlxalq Telekommunikasiya İttifaqı 150 illiyini qeyd etdi

19-05-2015

Fövqəladə vəziyyətlərdə telekommunikasiya üzrə qlobal forum keçiriləcək

15-01-2016

Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

27-09-2022

Nümayəndə heyətimiz BTİ-nin iclasında iştirak edir

17-05-2017

Cenevrədə Ümumdünya Radiorabitə konfransı öz işini davam etdirir

03-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə