Previous Next
Bağla

Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyası keçirilir

13-05-2015 15:44
Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyası keçirilir

Cenevrədə (İsveçrə) Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının - təşkilatın rəhbər orqanının illik sessiyası işə başlayıb.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, mayın 22-dək davam edəcək sessiyanın gündəliyinə bir sıra məsələlərin, o cümlədən ittifaqın 2014-2015-ci illər üçün strateji fəaliyyət planının icrası, eləcə də 2016-2017-ci illər üçün büdcənin müzakirəsi daxildir.  

BTİ-nin 2014-cü ilin oktyabr-noyabrında Koreya Respublikasının Busan şəhərində keçirilən Səlahiyyətli Konfransının yekunları üzrə Şura yeni seçilən üzvləri - Azərbaycan, Litva, Pakistan, Uqanda və Tanzaniyanı təbrik edib.

Sessiyanın açılışında çıxış edən BTİ baş katibi Xoulin Çjao bildirib ki, Şuranın 2015-ci il sessiyası BTİ-nin qarşıdakı dörd il üçün strateji planının və maliyyə planının uğurla hazırlandığı 2014-cü il Səlahiyyətli Konfransından sonra keçirilən ilk sessiyasıdır.

“Biz həmişə problemlər və insanların, dünyanın, ilk növbədə qoşulma imkanından məhrum olanların birləşdirilməsi üçün hüququmuz, eləcə də innovasiyalar və dayanıqlı yeni texnologiyalar vasitəsilə sahəyə və rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) bazarına kömək barədə düşünəcəyik”, - BTİ baş katibi vurğulayıb.  

Xoulin Çjao əlavə edərək deyib: “Mən gələcəkdə də seçilmiş vəzifəli şəxslər və BTİ heyəti ilə ittifaqa daha yaxşı xidmət etmək üçün sıx əlaqədə işləməyi davam etdirəcəyəm və biz keyfiyyəti azaltmadan səmərəliyi artırmağa nail olacağıq”. 

BTİ baş katibi Şuraya dəstəyə görə təşəkkürünü bildirərək onları ittıfaqın yaranmasının 150 illiyi münasibətilə təbrik edib.

“Şuranın bu sessiyası bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki biz BTİ-nin yaranmasının 150 illiyini qeyd edirik. Artıq 150 ildir BTİ dünyada İKT-ni tətbiq etməklə vətəndaşların həyatını yaxşılaşdırmağa çalışır”, - Şura sədri Von Qi Mun çıxışında bildirib.

Xatırladaq ki, 2014-cü il oktyabrın 27-də keçirilən seçkilərdə ilk dəfə 94 səslə Şuraya üzv seçilən Azərbaycan C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini verən ölkələr - Polşa, Bolqarıstan, Rusiya, Rumıniya, Makedoniya və Qırğızıstan ilə rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Bolqarıstanın Şuraya üzvlüyü qəbul olunub.

Azərbaycan həmçinin Regional Rabitə Birliyinin (RRB) tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biri olub.

BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır. 

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

05-11-2018

Beynəlxalq Telekommunikasiya İttifaqı yeni sayt yaratdı

04-03-2015

Beynəlxalq Telekommunikasiya İttifaqı 150 illiyini qeyd etdi

19-05-2015

Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

18-04-2018

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

12-07-2023

BTİ yeni binasının hazırlanması üçün müsabiqə keçirir

17-04-2017

Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

11-10-2010

Nümayəndə heyətimiz BTİ-nin iclasında iştirak edir

17-05-2017

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018

Azərbaycan qızıl medalla təltif edildi

19-05-2015

Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

23-03-2022

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

04-10-2022

Azərbaycan BTİ-nin yubiley tədbirində Qızıl Tərəfdaş kimi çıxış edəcək

02-05-2015

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018

Azərbaycan bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib

14-11-2018

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Ali Şurasına üzvlük üçün namizədliyini təqdim edib

02-06-2010

Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

27-09-2022

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Bakıda rabitə üzrə beynəlxalq tədbir keçirilir

30-08-2017

Cenevrədə Ümumdünya Radiorabitə konfransı öz işini davam etdirir

03-11-2015

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021

İnformasiya-kommunikasiya texnologiyaları muzeyi yaradılır

10-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə