Previous Next
Bağla

Azərbaycan startapı İndiegogo kampaniyasına başlayır

24-02-2017 16:11
Azərbaycan startapı İndiegogo kampaniyasına başlayır

Yerli startap layihəmiz Spinal Tech martın 10-dan İndiegogo “crowdfunding” platformasında öz kampaniyalarına başlayacaq.

Qeyd edək ki, İndiegogo startapın ilk istehsal və məhsul satışı üçün qlobal kampaniya platformasıdır. Yəni, buradan əldə edilən gəlirlə məhsulların hazırlanıb, bazara təqdim edilməsi təmin edilir.

2015-ci ildə ABŞ-da Microsoft-un İmagine Cup müsabiqəsinin dünya üzrə İnnovasiya kateqoriyasında 2-ci yerə sahib olan Spinal Tech komandası  Lia məhsulu üzərində işləyir. 

Xeberler.az olaraq bu barədə layihənin həmtəsisçilərindən Fidan Rüstəmova ilə ətraflı söhbət etdik.

Onun sözlərinə görə, komanda 2015-ci ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudan qrant alıb, cihazın optimizasiyasına yönləndirib.

Fidan Rüstəmova bildirib ki, Spinal Tech olaraq hazırda onlar Hollandiyadakı HighTech XL akselerasiya proqramında iştirak edir:

“3 ay avam edəcək bu proqram gənc şirkətləri onların biznes strategiyasının və istehsalatın qurulmasında, həmçinin PHILIPS və EY kimi böyük kampaniyalardan professional mentor və ekspertlərlə birgə fəaliyyət göstərməsində mühüm dəstək verir”.

O qeyd edib ki,  Spinal Tech (şirkət) komandası 5 nəfərdən ibarətdir. Belə ki, komandanda Fidan Rüstəmova da  daxil olmaqla  Arif Mövsümzadə,  Ülviyyə Rüstəmova, Anar Əliyev, Aleksey Cəfərov çalışır.

 Fidan Rüstəmova Lia məhsulu barədə də ətraflı məlumat verib:

Lia - geyiləbilən və qamətin düz saxlamaq vərdişinin yaranmasına kömək edən cihazdır. Cihaz sizin bədəninizin yuxarı nahiyyəsinin vəziyyətini təyin etməklə sizə belinizi əyməməyi xatırladır. Duruşunuz yanlış olduqda, Lia mobil telefonunuza bildiriş göndərib xatırladır ki, oturuşunuzu və duruşunuzu düzgün formada əzələ yaddaşınıza həkk etdirəsiniz”.

Onun sözlərinə görə, Lia mikrokontroller və 2 sensordan ibarət olan, çiyində oturan cihazdır. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək qamətin düzgünlüyünü yoxlayır:

“Əgər qamət öncədən proqram təminatı ilə müəyyən olunmuş normadan kənara çıxılarsa, istifadəçi bu haqda xəbərdar olur. Xəbərdarlığın hansı vasitə ilə çatdırılmasını müştəri özü seçə bilir: bu vibrasiya (telefonda, yaxud cihazın özündə) və ya səsli siqnal (həmçinin iki variant mümkündür) ola bilər. Smartfon vasitəsi ilə siz öz nəticələrinizi izləyə bilərsiz; hər bir xəbərdarlıq hesabat üçün smartfonun yaddaşında saxlanılır və sizə uyğun qrafik yığılır. Verilmiş funksiya ümumlikdə digər proqramlar kimi istifadəçi üçün maksimal dərəcədə rahat düzəlmişdir: asan, aydın interfeys və dəqiq informasiya”.

Həmtəsisçi qeyd edib ki, Lia-ın müsbət cəhətlərindən biri də onun kalibrasiyasının keyfiyyətli olmasıdır. Belə ki, sensorun birbaşa çiyinlərdə ideal oturması sayəsində hissiyat dəfələrlə artır, buda aparat sahibinin daha yüksək nəticələr əldə etməsinə kömək edir.

Öyrənirik ki, rahatlıqdan əlavə, Lia öz görünməməzliyinə görədə tərifə layiqdir. O paltarın altından geyilir və yığcam olduğuna görə özünü biruzə vermir.

Kampaniya müddətində qurğunun qiyməti 79 avro olacaq.  Məhsul bazara  95 avrodan təqdim ediləcək.

Onu da qeyd edək ki, Lia-nın mobil əlavəsindən istifadə ödənişsiz olacaq.

 Layihə komandası hazırda Türkiyənin Antalya şəhərində keçirilən Startup Turkey-nin final mərhələsində iştirak edir.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan startapı NBA-də çıxış edən komandanın müsabiqəsinə qatılıb

27-02-2020

Startapımız Türkiyədə maraqla qarşılanır

24-02-2017

Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

31-07-2015

Yerli layihəmiz Startup Turkey-nin finalında təqdim edilir-Canlı

24-02-2017

Startapçılarımız Türkiyədə investorlar qarşısında təqdimat edir

23-02-2017

Qrant alan startaplar hazırda nə edir?-Araşdırma

28-02-2017

Rusiya fondu Bakıda ən yaxşı startapları seçdi

19-04-2017

Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015

“Microsoft Imagine Cup 2015”-in finalında Azərbaycan komandası iştirak edəcək

29-07-2015

Startapçılar qlobal müsabiqənin yarımfinalında iştirak edəcək

31-05-2017

Qalib startap layihələri nə iş görəcək? - İcmal

01-02-2016

Azərbaycan startapı xarici mentorlarla işləyəcək

04-11-2016

Həmyerlimizin startapı İndiegogo kampaniyasına başladı

18-05-2016

ABŞ-da qalib olmuş layihəmiz məhsullarının istehsalına başlayır

07-12-2015

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

“Microsoft Imagine Cup” -da milli turun qalibləri açıqlanacaq

16-05-2016

“Startaplara dövlət dəstəyi güclənəcək”

14-10-2015

Yerli layihəmiz Startup Village müsabiqəsinin finalında-Foto

08-06-2017

Yeni Fikir 2016-nın qalib startapları açıqlandı

30-04-2016

“Microsoft Imagine Cup”-ın yerli final mərhələsində 24 komanda yarışacaq

29-01-2016

“Nazir Əli Abbasovun verdiyi pulu layihəmizə xərcləyəcəyik”

14-08-2015

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

23-11-2015

Golden Byte 2017-nin ölkə üzrə qalibləri açıqlanıb

09-04-2017

Ölkəmizdən qlobal İT müsabiqədə kim iştirak edir?-Video

05-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə