Previous Next
Bağla

Yük daşıyıcılar yeni elektron xidmətdən istifadə edəcəklər

16-11-2022 18:05
Yük daşıyıcılar yeni elektron xidmətdən istifadə edəcəklər

Prezident İlham Əliyev “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola Azərbaycan Respublikasının qoşulması ilə bağlı qanun imzalayıb. Azərbaycanın bu Əlavə Protokola qoşulması yerli daşıyıcılara elektron beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR) istifadə üçün şərait yaradacaq, onların Avropa İttifaqı bazarında rəqabət qabiliyyətinin artmasına töhfə verəcək.

Xeberler.az məlumat verir ki, Azərbaycan sözügedən Konvensiyaya 2000-ci il 11 fevral tarixində qoşulub. Bu Konvensiyanın əsas mahiyyəti avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları müqavilələrinə, xüsusən də belə daşımalar üçün tələb olunan sənədlərə dair vahid qaydalar tətbiq etməkdən ibarətdir.

Hazırda Konvensiyanın tələblərinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı CMR tətbiq olunur və bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri üzrə göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması, eləcə də rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində istifadəyə veriləcək e-CMR bir sıra üstünlüklərə malikdir.

Belə ki, elektron əmtəə-nəqliyyat qaiməsi tranzit daşımalarının artırılması və potensialının genişləndirilməsinə, idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına xidmət edir. E-CMR, həmçinin beynəlxalq bazarda daçıyıcı və ixracatçıların payının artırılması, gömrük əməliyyatlarının sürətləndirilməsi, nəzarət və hesabatlılığın dəqiq və şəffaf aparılmasını təşviq edir.

  “Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol” 2011-ci ilin iyun ayında qüvvəyə minib. Əlavə Protokolun əsas mahiyyəti beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsi üçün imkan yaratmaqdan ibarətdir. Elektron əmtəə-nəqliyyat qaiməsi kağız üzərində tərtib edilən CMR-ın alternativ formasıdır və kağız üzərində tərtib edilən CMR-ın ləğvini nəzərdə tutmur.

E-CMR-ın tətbiqinin tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsinin həyata keçirilməsi, resurslara qənaət edilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması və daxil edilmiş məlumatlarda dəqiqliyin təmin olunması kimi üstünlükləri var.

Qeyd edək ki, 2011-ci ildə qüvvəyə minməsinə baxmayaraq e-CMR-dan istifadə etməklə avtomobil nəqliyyatı ilə ilk beynəlxalq yük daşınması 2017-ci ilin yanvar ayında İspaniya və Fransa arasında həyata keçirilib. Hazırda sözügedən Əlavə Protokola 27 ölkə qoşulub.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron əmtəə-nəqliyyat qaiməsi xidməti istifadəyə verilib

23-02-2024

Azərbaycan və Türkiyə e-CMR üzrə texniki məsələləri müzakirə edib

10-03-2026

Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

16-06-2023

Azərbaycan və Rusiya arasında "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb

16-04-2026

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022

Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

05-10-2023

Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

05-10-2023

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

12-01-2022

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

14-10-2021

Avtomobil nəqliyyatına aid 2 razılaşma protokol imzalandı

13-06-2018

Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

04-08-2022

Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana avtomobillərlə yük gətiriblər

27-06-2024

Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

11-08-2022

Azərbaycandan Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşınıb

01-08-2025

“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb

11-05-2022

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018

Azərbaycanda “İcazə” blanklarının alınması üçün onlayn xidmət istifadəyə verilib

07-06-2023

“100 yeni beynəlxalq sürücü” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

20-07-2022

"AYNA" informasiya sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilib

14-11-2025

Nazirlər Kabineti yeni qərar qəbul edib

13-04-2022

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb

19-01-2022

“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlandı

25-05-2024

AYNA növbəti elektron xidmətini istifadəyə verib

02-10-2023

Ölkə başçısının Özbəkistana səfəri çərçivəsində beynəlxalq avtomobil əlaqələri haqqında sənədlər imzalanıb

22-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə