Previous Next
Bağla

Beş ildə Azərbaycanda İKT nə qədər inkişaf edib?

10-11-2015 13:36
Beş ildə Azərbaycanda İKT nə qədər inkişaf edib?

Bütün dünyada informasiya və kommunikasiya texnologiyaları (İKT)sahəsində sürətli inkişaf mövcuddur. Lakin Azərbaycanın öz qonşularına, inkişaf etmiş və etməkdə olan ölkələr nisbətən nə qədər inkişaf etdiyini, ölkə daxilində konkret sahələr üzrə informasiya və kommunikasiya texnologiyalarının mövcudluğunu, onlardan istifadənin səviyyəsini və bir digər əhəmiyyətli məqamları anlamaq üçün statistik məlumatlara müraciət etmək lazımdır.

Əvvəlcə Azərbaycanın qlobal səviyyədə, digər ölkələrə nisbətdə inkişafına baxaq:

Ümumdünya İqtisadi Forumu İKT üzrə ölkələrin inkişafını qiymətləndirir və hər il Qlobal İnformasiya Texnologiyaları Hesabatında (Global İnformation Technology Report) Şəbəkə Hazırlığı İndeksi (Networked Readiness Index) üzrə ölkələrin reytinq cədvəlini yayımlayır. 2015-ci ilin hesabatında Azərbaycan 8 pillə geriləyərək 57-ci yerdə mövqe tutub.

Bu indeks ölkələrin informasiya və kommunikasiya texnologiyalarının təklif etdiyi imkanlardan faydalanmağa olan meyilliliyini ölçür. Cədvəldən aydın görünür ki, 2015-ci ildə bu indeks üzrə Azərbaycanın reytinqi azalıb. 2013-cü ildə 82-ci pillədə yer tutan Ermənistan 2015-ci ildə 24 pillə yüksələrək 58-ci yeri tutub. İndeks üzrə uğurlu inkişaf göstərən digər bir ölkə isə Rusiyadır. Türkiyə və Gürcüstan isə bu reytinq cədvəlində böyük irəliləyiş əldə edə bilməyiblər.

İKT inkişafının əsas göstəricilərindən biri əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının ümumi sayıdır:

 

Dünya Bankının məlumatlarına görə, Azərbaycan öz qonşularından geridə qalırmış kimi görünsə də son dövrlərdə bütün ölkələrdə ümumi telefon aparatlarının sayında azalma baş verir. Bu azalmaya əsas təkan vermiş hadisə isə mobil telefon rabitəsinin genişlənməsi və qiymətlərinin azalması olub. Telefon rabitəsi istifadəçilərində ən kəskin azalmalar inkişaf etmiş ölkələrdə müşahidə olunur.

Digər bir əhəmiyyətli məqam əhalinin hər 100 nəfərinə düşən mobil telefon abunəçilərinin sayıdır. 2014-cü ilin məlumatlarına əsasən Azərbaycan Respublikasında mobil telefon abunəçilərinin sayı 111-dir. Yəni hər on nəfərdən birinin ikinci mobil nömrəsi var. Ümumilikdə mobil telefon abunəçilərinin sayında artış inkişaf etmiş ölkələrində artıq yavaşlasa da, inkişaf etmək olan ölkələrdə bu prosses hələ də davam edir.

Azərbaycan internet istifadəçilərinin sayına görə öz qonşularından xeyli qabaqdadır, qonşularından yalnız Rusiya bu sahədə bizi qabaqlayıb. İnternet istifadəçilərinin sayının artmasının əsas səbəblərindən biri mobil və genişzolaqlı internet qoşulmalarının qiymətlərinin aşağı düşməsi, ümumi infrastrukturun güclənməsidir.

 

Azərbaycan öz qonşularına nisbətdə bəzi sahələrdə irəliləyib, bəzilərində isə geridə qalır. Lakin ümumi ölkə daxilində müxtəlif sahələr üzrə mövcud vəziyyəti görə bilmək üçün gələn yazılarımızda daha ətraflı məlumatlara baxacağıq.

 

Murad Məmmədzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hər 100 nəfərə 107 telefon nömrəsi düşür

Hər 100 nəfərə 107 telefon nömrəsi düşür

26-05-2015
Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

01-12-2015
500 mindən çox evin internetə çıxışı yoxdur -Statistika

500 mindən çox evin internetə çıxışı yoxdur -Statistika

01-12-2015
Azərbaycanda əhalinin 73%-i internetdən istifadə edir

Azərbaycanda əhalinin 73%-i internetdən istifadə edir

17-01-2015
Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

05-09-2013
Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015
Azərbaycan internet istifadəçilərinin sayına görə dünyada 36-cı yerdədir

Azərbaycan internet istifadəçilərinin sayına görə dünyada 36-cı yerdədir

22-09-2016
Azərbaycanda mobil telefon istifadəçilərinin sayı artıb

Azərbaycanda mobil telefon istifadəçilərinin sayı artıb

28-07-2022
Son 5 ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı artıb

Son 5 ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı artıb

26-08-2025
Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

18-08-2016
Ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 6,9 manatdır

Ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 6,9 manatdır

25-05-2015
“Mobil rabitə istifadəçilərinin sayı 7 milyardı ötəcək”

“Mobil rabitə istifadəçilərinin sayı 7 milyardı ötəcək”

19-09-2015
Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

05-09-2025
Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib

Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib

17-06-2026
Azərbaycan elektron ticarətin inkişafı üzrə dünyada 65-ci yerdədir

Azərbaycan elektron ticarətin inkişafı üzrə dünyada 65-ci yerdədir

17-02-2021
Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

24-04-2014
Azərbaycanda rəqəmli TV-nin əhatə dairəsi 99 faizə çatdırılıb

Azərbaycanda rəqəmli TV-nin əhatə dairəsi 99 faizə çatdırılıb

18-01-2015
Azərbaycanda 12,7 min yeni telefon nömrəsi istifadəyə verilib

Azərbaycanda 12,7 min yeni telefon nömrəsi istifadəyə verilib

25-05-2017
İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

23-11-2017
Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

11-04-2013
70 faiz internet xidmətləri fiber-optik kabel üzərindən göstərilir

70 faiz internet xidmətləri fiber-optik kabel üzərindən göstərilir

07-03-2024
Son 10 ildə internet istifadəçilərinin sayı 10 dəfə artıb

Son 10 ildə internet istifadəçilərinin sayı 10 dəfə artıb

26-08-2013
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

21-10-2025
Hər 100 nəfərə düşən telefon aparatlarının sayı artacaq

Hər 100 nəfərə düşən telefon aparatlarının sayı artacaq

17-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə