Previous Next
Bağla

Azərbaycan elektron ticarətin inkişafı üzrə dünyada 65-ci yerdədir

17-02-2021 13:16
Azərbaycan elektron ticarətin inkişafı üzrə dünyada 65-ci yerdədir

Azərbaycan elektron ticarətin vəziyyətini əks etdirən “Qlobal Elektron Ticarət İndeksi 2020”də 152 ölkə və ərazi arasında 65-ci yeri tutub.

Xeberler.az bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) çərşənbə günü Cenevrədə yayımlanan illik hesabatında məlumat verilib.

2019-cu ildə 61,8 balla 63-cü yerdə qərarlaşmış Azərbaycan bu dəfə 60 bal toplayıb. Azərbaycanda ən yaxşı reytinq poçt etibarlılığı göstəricilərinə (82 bal) və internet istifadəçilərinin payına (81 bal) verilib. Azərbaycan mobil ödəmələr üçün hesabı olan sakinlərin payı baxımından 29 bal, internet serverlərinin təhlükəsizliyi baxımından isə 49 bal toplayıb.

Ölkələrdə elektron alış-verişin inkişaf səviyyəsini qiymətləndirmək üçün əsas UNCTAD mütəxəssisləri tərəfindən hazırlanmış və hesabatda qeyd edildiyi kimi, elektron ticarətlə ən çox birbaşa əlaqəli dörd göstəricidən ibarət olan “B2C E-commerce Index” göstəricisidir. Bunlar mobil ödəmə hesabı olan sakinlərin payı, əhali strukturundakı internet istifadəçilərinin payı, poçt etibarlılığı və təhlükəsiz internet serverlərinin mövcudluğudur. Hər bir göstərici 100 ballıq şkala üzrə qiymətləndirilib və dörd göstəricinin ədədi orta yekun indeks olub.

Hesabat müəllifləri 2020-ci ildə reytinqdə birinci yerə 95,9 bal indeks alan və artıq sabiq lider Niderlandı ikinci sıraya salan İsveçrəni qoyublar. “Top-10”da həmçinin Danimarka, Sinqapur, Böyük Britaniya, Almaniya, Finlandiya, İrlandiya, Norveç və Honkonq da var. ABŞ 12-ci, Çin 55-ci yerdə qərarlaşıb. Türkiyə reytinqdə 57-ci, İran - 44-cü yeri tutub.

MDB ölkələri arasında ən yüksək indeks 35-ci sırada olan Belarusdadır - 78,8 bal. Rusiya 41-ci, Gürcüstan 47-ci, Ukrayna 51-ci, Moldova 53-cü, Qazaxıstan 60-cı, Ermənistan 84-cü, Qırğızıstan 97-cı, Özbəkistan 107-ci, Tacikistan 121-ci olub.

Reytinqi Burundi (8,3 xal), Çad (7,1) və Niger (5,6) tamamlayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan kibertəhlükəsizliyə görə MDB-də ilk 3-lükdə qərarlaşıb

Azərbaycan kibertəhlükəsizliyə görə MDB-də ilk 3-lükdə qərarlaşıb

05-07-2021
Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

03-11-2021
Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

03-11-2021
Azərbaycan 96-cı yerdə qərarlaşdı

Azərbaycan 96-cı yerdə qərarlaşdı

09-03-2012
Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

11-04-2013
Azərbaycan dünyada İKT-nin inkişafı üzrə neçənci yerdədir?

Azərbaycan dünyada İKT-nin inkişafı üzrə neçənci yerdədir?

16-11-2017
Qəbul imtahanında birinci olan Ləman bu ixtisası seçdi

Qəbul imtahanında birinci olan Ləman bu ixtisası seçdi

03-09-2023
Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir

Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir

01-07-2021
Azərbaycan Cənubi Qafqazda liderdir

Azərbaycan Cənubi Qafqazda liderdir

30-09-2015
Azərbaycan internet istifadəçilərinin sayına görə dünyada 36-cı yerdədir

Azərbaycan internet istifadəçilərinin sayına görə dünyada 36-cı yerdədir

22-09-2016
İnternet istifadəçiləri göstəricisində Azərbaycanın yeri məlum olub

İnternet istifadəçiləri göstəricisində Azərbaycanın yeri məlum olub

19-11-2018
İnternet istifadəçiləri göstəricisinə görə ölkəmiz MDB-də liderdir

İnternet istifadəçiləri göstəricisinə görə ölkəmiz MDB-də liderdir

19-10-2018
Ekspert: Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb

Ekspert: Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb

16-08-2019
Ən etibarlı kompüter istehsalçıları bəlli olub

Ən etibarlı kompüter istehsalçıları bəlli olub

22-10-2018
Azərbaycan genişzolaqlı internet qiymətlərinin ucuzluğuna görə dünyada öndədir

Azərbaycan genişzolaqlı internet qiymətlərinin ucuzluğuna görə dünyada öndədir

02-08-2023
Ən sürətli smartfon hasıdır?

Ən sürətli smartfon hasıdır?

24-08-2017
Universitetə qəbul olan robot

Universitetə qəbul olan robot

30-11-2015
Genişzolaqlı internetin orta sürəti 19 faiz artıb

Genişzolaqlı internetin orta sürəti 19 faiz artıb

18-05-2026
Dünyanın ən təmiz şirkəti Apple seçildi

Dünyanın ən təmiz şirkəti Apple seçildi

15-05-2015
Şagirdlərin 80 faizi riyaziyyatdan "2" alır - Günah kimdədir?

Şagirdlərin 80 faizi riyaziyyatdan "2" alır - Günah kimdədir?

22-02-2020
Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə  yaxşılaşdırıb”

Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb”

21-09-2021
İnformasiya texnologiyalarının inkişafına görə  61-ci yerdəyik

İnformasiya texnologiyalarının inkişafına görə 61-ci yerdəyik

05-04-2012
Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib

Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib

17-06-2026
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

21-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə