Azərbaycanda “Elektron hökumət” portalı vasitəsilə göndəriləcək sorğuların maksimum həcmi müəyyənləşdirilib

14-05-2014 / 16:00

 Dövlət qurumlarının “Elektron hökumət” portalına qoşulmuş informasiya sistemləri SOAP (Simple Object Access Protocol) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.

 

APA-nın verdiyi məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”də əksini tapıb.

 

Sorğuların həcmi 10 KBt-dan artıq olmamalıdır. Sorğunun sistemdən cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmadan 2 (iki) saniyədən artıq olmamalıdır. Təhlükəsizlik serveri saniyədə 60 sorğunun emalını təmin etməlidir. Məlumatların ötürülməsində 1qiqabit/saniyədən az olmayan ötürmə sürətini dəstəkləyən L2 və daha yüksək səviyyəli şəbəkə avadanlığı istifadə edilməlidir.(APA)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə