Xeberler.az-ın məlumatına görə İpoteka və Kredit Zəmanət Fondunun yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndiricilər) istifadəsinə verilib.
Fonddan verilən məlumata görə, yeni istifadəyə verilən sistem ən müasir texnoloji platforma üzərində qurulub.
Proqramlaşdırma dili olaraq JAVA, PHP, verilənlər bazası olaraq “ORACLE 12C Enterprise Edition” üzərində qurulmuş sistem Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində “Azcloud TIER III” standartına malik bulud texnologiyası üzərində tətbiq edilib. Yeni sistemin qurulması zamanı növbəti dövrlərdə fondun fəaliyyətininin genişlənməsi, kreditləşmə əməliyyatlarının və müştəri bazasının artması, yeni kredit məhsullarının və idarəetmə baxımından əlavə funksiyaların tətbiqi, sistemin geniş bazaya malik olması, sürətinə və çevikliyinə görə mövcud tələblərə cavab verməsi, bütün müasir veb brauzerləri dəstəkləyən müasir platforma üzərində yaradılması və təhlükəsizlik kimi amillər nəzərə alınıb. Qeyd olunanlarla yanaşı, əvvəlki dövrlərdə elektron ipoteka sistemi daxilində istifadəyə verilmiş müxtəlif altsistemlərin yeni sistemdə vahid platforma üzərində birləşdirilməsi təmin edilib.
Eyni zamanda yeni sistemin fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiyası təmin olunaraq fondun əməliyyatlarının avtomatlaşdırılması müasir tələblərə uyğunlaşdırılıb.
Yeni sistem yalnız ipoteka kreditləşməsini deyil, fondun nizamnaməsində qeyd edilən bütün fəaliyyət istiqamətləri üzrə (sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi) elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını, iştirakçılara elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından müvafiq sənədlər barədə informasiya əldə etmək imkanının yaradılmasını nəzərdə tutur. Yeni sistem əhalinin, sahibkarlıq subyektlərinin və fondun əməkdaşlıq etdiyi müvəkkil təşkilatların fondun təqdim etdiyi xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri