Previous Next
Bağla

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi yaradılıb

28-01-2019 10:34
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi yaradılıb

Ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilmişdir.

Xeberler.az  bildirir ki, təsdiq edilmiş Qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən  yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılmasını nəzərdə tutur. Mexanizm çərçivəsində Fond tərəfindən müvafiq yaşayış sahələrinin ölkə vətəndaşlarına satmaq öhdəliyi ilə uzunmüddətli kirayəyə verilməsi həyata keçiriləcəkdir. Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcəkdir.

Fond tərəfindən vətəndaşlara mənzillər tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayəyə veriləcəkdir.

Mənzillərin kirayə verilməsi ilə bağlı əsas şərtlər aşağıdakılardır:

-        kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

-        müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri olmamalıdır;

-        kirayə müqaviləsi 3 ildən 25 ilədək bağlanıla bilər;

-        kirayə müqaviləsi bağlanıldıqda kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir;

-        kirayəyə verilən mənzil sığortalanmalıdır (sığorta Fondun xərcləri hesabına aparılacaqdır).

Qaydanın tələblərinə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Lakin, sonrakı dövrdə mənzilin alış qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün Fond tərəfindən alış qiymətinin məbləğində güzəştlərin tətbiqi nəzərdə tutulur.

Mexanizm çərçivəsində müəyyən müddət kirayədə qalıb, sonradan yaşayış yerini dəyişən vətəndaşların hüquqlarının müdafiəsi də nəzərdə tutulmuşdur. Belə ki, Qaydaya əsasən Fondun yazılı razılığı ilə kirayə müddətində (kirayə müqaviləsi bağlanan gündən 3 ildən tez olmayaraq) vətəndaşın kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilməsi mümkündür. Kirayə müddəti ərzində kirayəçi vəfat etdikdə isə, kirayə müqaviləsi üzrə hüquqlar kirayəçinin vərəsələrinə keçir.

Mexanizm çərçivəsində müraciətlərin növbəlilik əsasında elektron sistem vasitəsilə qəbulu nəzərdə tutulur.

Satmaq öhdəliyi ilə kirayə mexanizminin tətbiqi ilk növbədə həm ilkin ödənişi olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsi üçün kifayət etməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

Kirayəçi statusu necə əldə olunacaq?

02-03-2020

Yerli icra qurumların populyar xidməti hansılardır?

17-07-2017

DİN vətəndaşlara müraciət edib

06-01-2025

Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

01-10-2010

İqtisadi mövzularda yazan jurnalistlər üçün təlim keçirilib

30-09-2022

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

"Elektron ipoteka və kredit zəmanət” sistemi yenidən çöküb

24-01-2023

Kirayə Mənzil Elektron sistemində Nə üçün indiyədək 213 nəfər kirayə mənzil rəsmiləşdirib?

20-08-2020

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb

03-12-2025

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019

Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

25-06-2019

Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

22-02-2020

ABB-dən dayanıqlı gələcək üçün mühüm layihəyə dəstək

26-08-2024

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019

Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı fərman verib

15-01-2019

Güzəştli mənzillərin yeni partiyası satışa çıxarıldı

29-03-2019

“Enterprise Azerbaijan” və Dövlət Məşğulluq Agentliyi 3 startapa aktivlər təqdim edib

09-03-2021

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər

08-02-2022

“Mobil notariat” tətbiqi ilə rəsmiləşdirilən notariat sənədlərinin sayı açıqlanıb

24-09-2024

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023

Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

07-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə