Previous Next
Bağla

Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

14-11-2018 13:14
Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

Zaqatalada torpaq uçotunun nəticələri: 4000-ə yaxın ailənin həyətyanı və pay torpaqlarının dəqiq sərhədi müəyyən edilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələrinin, eləcə də bələdiyyələrin, mülkiyyətçilərin iştirakı ilə İctimai təqdimat keçirib. Tədbirdə Zaqatala rayonunu əhatə edən elektron kadastr uçotu işlərinin ayrı-ayrı sahələrə verəcəyi real faydalar, əldə edilən nəticələrin istifadə qaydaları izah edilib, alınan göstəricilər nümayiş olunub.

Xeberler.az  bildirir ki, qeyd edilməlidir ki, Ulu öndər Heydər Əliyevin tapşırığı əsasında respublikada ilk təcrübə olaraq Zaqatala rayonunda torpaq islahatı işlərinə başlanılıb. Hazırda həyata keçirilən torpaqların elektron kadastr uçotu işləri bu islahatların davamıdır. Görülən işlər çərçivəsində rayonun Əliabad inzibati ərazi vahidliyində yerləşmiş keçmiş Qələbə və Əliabad təsərrüfatlarında torpaq islahatına düzəliş işləri tamamən yenidən aparılıb. Nəticədə 4000-ə yaxın ailənin həyətyanı və pay torpaqlarının dəqiq sərhədi müəyyən edilib və hazırlanan kadastr məlumat bazasına daxil edilib. Digər rayonlarda olduğu kimi burada da mülkiyyət mənsubiyyətindən asılı olmayaraq torpaqların sərhədləri müəyyən edilib. Heç bir torpaq sahibi digər ərazini qanunsuz olaraq istifadə edə bilməyəcək. Bu kimi hallar tamamilə aradan qalxır. Eyni zamanda, rayonun torpaq fondunda müxtəlif kateqoriyalara aid, o cümlədən kənd təsərrüfatı, sənaye təyinatlı ərazilərin həcmi müəyyən olunub.

Uçot işləri Zaqatala rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 65,2 min hektar torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 13,9 min hektar dövlət, 22,8 min hektar bələdiyyə, 28,5 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 62.4 min hektara yaxını (95 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 19,3 min hektarını əkin sahələri təşkil edir.

Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 23,9 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların əsasən çoxillik əkmələrin artması hesabına azalaraq 19.3 min hektar olub. Çoxillik əkmələr isə digər uqodiyaların hesabına 8.6 min hektardan 16.3 min hektaradək artıb. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 40 mindən çoxunun torpaq parsellərinin ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilib. Belə ki həmin ərazilərdə 1104 tikili və qurğuların (bundan 24-ü dövlət mülkiyyətində, 491-i bələdiyyə mülkiyyətində, 589-u xüsusi mülkiyyətində) olduğu aşkar olunub. Torpaq fondunun dəqiq uçotu işinin nəticəsində rayonda kənd təsərrüfatında istehsalın iqtisadi səmərəliliyi artırılır, ehtiyatlardan tam, dolğun və düzgün istifadə olunur, o cümlədən kiçikölçülü pay torpaqlarının təmərküzləşməsini təmin edə bilən hüquqi, iqtisadi mexanizmlər hazırlanır. Kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşir. Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019
Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

27-11-2018
Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

31-01-2019
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018
Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019
14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018
Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018
Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017
14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018
35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019
Regionlarda torpaqlar elektron uçota alınır

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015
37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019
Ölkədə  4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017
Elektron kadastr uçot işlərinə başlanıldı

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018
Elektron müraciət əsasında torpaqların təyinatını dəyişdirmək mümkün olacaq

Elektron müraciət əsasında torpaqların təyinatını dəyişdirmək mümkün olacaq

16-12-2024
Naxçıvanda torpaqların elektron qeydiyyatı aparılır

Naxçıvanda torpaqların elektron qeydiyyatı aparılır

31-10-2015
“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib

“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib

07-01-2025
Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018
Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı məlumat verilib

Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı məlumat verilib

11-12-2015
Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə