Previous Next
Bağla

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018 10:37
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Torpaq idarəçiliyində mühüm layihələrdən olan elektron kadastr uçot işlərinin nəticəsində ölkədə torpaq fondunun idarə edilməsi elmi əsaslarla aparılır, torpaq balansı dəqiqləşir. Bundan başqa regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, dövlət nəzarəti müasir dövrün prinsiplərinə uyğunlaşır. Eyni zamanda torpaqların münbitlik dərəcəsi öyrənilir, aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul edilir. Artıq bu işlər nəticəsində torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. 

Xeberler.az  bildirir ki, bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi nəticəsində reallaşır.

Hazırda müasir metodlardan, beynəlxalq təcrübədən, innovativ texniki imkanlardan istifadə edərək torpaqların elektron kadastr işləri bir neçə rayonda bitib. Sistemə daxil olan növbəti rayon Daşkəsəndir. Nəticədə həmin rayonda torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verildi. Bu məqsədlə Daşkəsən rayonunda görülən işlərin nəticələri, sistemin istifadə qaydaları ilə bağlı İşgüzar Forum keçirilib. Komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olundu. Uçot işlərinin real şəraitdə tətbiqi
mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib. Bu günə qədər bu layihənin praktiki istifadəsi 30-a yaxın rayonda reallaşıb.

Daşkəsən rayonunda yekunlaşan torpaqların elektron kadastr uçotunun həyata keçirilməsi ilə bələdiyyələrin mülkiyyətində olan torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir. Eyni zamanda torpaqların ümumi həcmində dövlət və özəl torpaqların xüsusi payı təyin edilir. Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələrinin də tərtib edilməsini mümkün edib. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb.

Hazırlanmış uçot işləri nəticəsində Daşkəsən rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 53,3 min hektar torpaq sahəsinin mövcudluğu öyrənilib. Bəlli olub ki, 31,9 min hektar bələdiyyə, 10,3 min hektar dövlət, 11,1 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 35,1 min hektara yaxını (65,8 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 10,4 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 16,8 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların hesabına azalaraq 10,4 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 7,8 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin
kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilmişdir. Belə ki, həmin ərazilərdə 179 tikili və qurğuların (bundan 3 dövlət mülkiyyətində, 149 bələdiyyə mülkiyyətində, 27 xüsusi mülkiyyətində) olduğu aşkar edilib.

Bu işlər nəticəsində əmlaka dair çıxarışların verilməsi və digər qeydiyyat xidmətləri də vətəndaşlara sadə və sürətli formada göstəriləcək. Belə ki, rayon ərazilərində yerləşən daşınmaz əmlaklar barədə məlumatlar bazaya daxil edilib. Görülən işlərlə paralel olaraq rayonunun torpaq xəritəsi, yay otlaqlarının geobotaniki xəritəsi, eləcə də eroziya xəritələri tərtib edilib. Bununla hansı ərazilərin münbit olduğunu, hansı torpaqların şorlaşmaya məruz qaldığını müəyyən etmək olur. Fermer isə torpaqda hansı növ fermer təsərrüfatı ilə məşğul olacağını planlaşdıra bilir, torpağın aqrar sahədəki yararlılıq dərəcəsi mülkiyyətçiyə bəlli olur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

27-11-2018
Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018
Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

31-01-2019
Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

14-11-2018
Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019
14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018
Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018
14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017
35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019
Regionlarda torpaqlar elektron uçota alınır

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018
37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019
Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018
Ölkədə  4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017
Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015
Elektron kadastr uçot işlərinə başlanıldı

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018
Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017
Elmi seminarda torpaqların elektron xəritələşməsinə dair məruzə edilib

Elmi seminarda torpaqların elektron xəritələşməsinə dair məruzə edilib

09-11-2018
“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib

“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib

07-01-2025
Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

24-07-2017
Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə