Previous Next
Bağla

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

27-11-2018 12:56
Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı. Artıq Ağdam rayonunun torpaqlarının keyfiyyət və kəmiyyət göstəricilərində səmərəliliyin əldə olunması üçün işlər intensivləşəcək.

Xeberler.az  bildirir ki,  torpaqların elektron kadastr uçotu işlərinin nəticələri bu cəbhə bölgəsində praktiki istifadəyə verildi. Ağdam rayonun torpaqları üzrə bütün məlumatlar real şəraitdə istifadə ediləcək. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 noyabr tarixində həmin rayonda İctimai təqdimat keçirilib. Komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon icra hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub. Uçot işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib.

Torpaqların elektron kadastr uçotu informasiya bazasında torpağın təyinatından tutmuş onun münbitliyinə qədər bütün göstəricilər əks olunur. Ağdam rayonunda yekunlaşan bu işlər nəticəsində bütün torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir.Beləliklə, sistem təkcə torpaq mülkiyyətçilərinə yox, bütövlükdə dövlətə və vətəndaşlara, torpaqla bağlı biznes quran insanlara çox böyük fayda verəcək. Dövlət özünün sahibliyində və mülkiyyətində olan torpaqların balansını əldə edir. Bələdiyyələr təyinatına, mülkiyyət və əmlak növünə görə harada və nə qədər torpaq olduğuna dair bölgü məlumatları əldə edir. Xüsusi mülkiyyət sahibliyi dəqiqləşir, pay torpaqlarının sahəsi dürüstləşdirilir.

Hazırlanmış uçot işləri nəticəsində Ağdam rayonunun bələdiyyə hüdudları daxilində 36 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən edilib. Bəlli olub ki, 18,2 min hektar dövlət, 5 min hektar bələdiyyə, 12,8 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 28,5 min hektara yaxını (79,2 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 2,4 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 1,7 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların hesabına artaraq 2,4 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 3,2 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin kənd təsərrüfatına yararlı olan
sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilib.

Belə ki, həmin ərazilərdə 296 tikili və qurğuların (bundan 115-i dövlət mülkiyyətində, 134-ü bələdiyyə mülkiyyətində, 47-si xüsusi mülkiyyətdə) olduğu aşkar olunub. Ağdam rayonu üzrə kənd təsərrüfatı sahəsində istifadə daha da səmərəli olacaq. Belə ki, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazası da formalaşıb. Bununla yanaşı otlaqların geobotanik, torpaqların eroziya xəritələrinin tərtib edilməsi ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verir. Belə xəritələr torpağın hansı kənd təsərrüfatı sahəsinə cəlb edilməsi ilə bağlı düzgün planlama, müvafiq aqrotexniki və meliorativ tədbirlərin görülməsinə yardım edir. Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

31-01-2019

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019

Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

14-11-2018

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib

07-01-2025

Torpaqların istifadəsində Peyk nəzarət sistemi qurulur

11-05-2018

Peyk təsvirlərdən Şəki də yararlandı

25-10-2017

Elmi seminarda torpaqların elektron xəritələşməsinə dair məruzə edilib

09-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə