Azərbaycanda “e-hökumət” layihəsi çərçivəsində “vahid pəncərə” sistemi tətbiq ediləcək.Bu barədə Rabitə və informasiya texnologiyaları nazirliyindən məlumat verilib.
Qeyd edək ki, layihə çərçivəsində “vahid pəncərə” sisteminin tətbiqi planlaşdırılır. Bu prosesdə artıq vergi, gömrük, miqrasiya sistemində tətbiq edilən “vahid pəncərə” prinsipinin davam etdirilməsi nəzərdə tutulur. Hazırda aidiyyəti qurumların elektron bazaları yaradılır, internet saytları lazımi səviyyəyə çatdırılır və dövlət orqanlarını əlaqələndirən vahid bir mühit yaradılır ki, “e-hökumət” mükəmməl formada fəaliyyət göstərsin.
Dövlət orqanlarının saytlarının layihələri icra olunarkən “üç klik konsepsiyası”nın prinsiplərinə əməl olunması nəzərdə tutulur. Bu prinsip istifadəçinin kompüter düyməsini üç dəfə basmaqla istənilən informasiyanı almasına imkan yaradır. Şəbəkədəki informasiya resurslarının nadir xüsusiyyətlərini nəzərə alsaq, bu konsepsiya saytın funksionallığını maksimum həddə çatdırır və onu kompüter savadından asılı olmayaraq, ən sadə istifadəçi üçün də açıq edir. Bu isə öz növbəsində əhalinin müxtəlif təbəqələri arasında rəqəmsal qeyri-bərabərliyi azaldır.
RİTN-in müraciətlərini nəzərə alaraq, bu il dövlət büdcəsindən e-hökumət əlaqələndiriciləri arasında vahid mühitin formalaşdırılması üçün vəsait ayrılıb. Bununla yanaşı, fəaliyyət proqramı tərtib olunub və ona uyğun olaraq dövlət strukturlarının resurslarının inkişafı nəzərdə tutulub.
Xatırladaq ki, BMT-nin elektron hökumətin (“e-hökumət”) dünyada yayılması səviyyəsi ilə bağlı 2008-ci il hesabatına görə, ABŞ, Kanada, Finlandiya, Cənubi Koreya kimi dövlətlər bu sahədə öz əvvəlki üstün mövqelərini qoruyub saxlayırlar. Keçmiş sovet respublikaları arasında isə Baltikyanı ölkələr e-hökumətin tətbiqində böyük nailiyyətlər əldə ediblər. Burada e-hökumət quruculuğu üzrə öz təcrübəsini artıq xarici ölkələrə də yayan Estoniyanın müvəffəqiyyətləri xüsusi qeyd edilir. Hesabatda bildirilir ki, 2005-ci illə müqayisədə öz mövqeyini xeyli yaxşılaşdıran Azərbaycan regional qonşularını - Gürcüstanı, Ermənistanı, İranı geridə qoyaraq regionda birinci yerə çıxıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri