Previous Next
Bağla

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

09-06-2026 19:18
Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

İnformasiya Texnologiyaları İnstitutunun GEANT Assosiasiyası ilə əməkdaşlığı Azərbaycanın elm və təhsil mühitinin Avropanın rəqəmsal akademik məkanına inteqrasiyasında mühüm rol oynayır. 2010-cu ildən etibarən başlayan bu beynəlxalq əməkdaşlıq nəticəsində “AzScienceNet” vasitəsilə ölkənin elm və ali təhsil müəssisələri üçün dayanıqlı və təhlükəsiz şəbəkə infrastrukturu formalaşdırılıb. Bu platforma Azərbaycan elmi ictimaiyyətinin beynəlxalq rəqəmsal tədqiqat şəbəkələrinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Xeberler.az bildirir ki, bu barədə institutdan məlumat verilib.

Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, əməkdaşlıq xüsusilə Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində fəaliyyət göstərən “EaPConnect” vasitəsilə daha da genişləndirilib. Eyni zamanda, Avropa İttifaqının “EU4Digital” proqramı çərçivəsində yüksəksürətli internet infrastrukturunun gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və bilik mübadiləsi imkanlarının artırılması istiqamətində mühüm nəticələr əldə olunub.

Rəqəmsal xidmətlər sahəsində “eduGAIN” və “eduroam” sistemlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda onlarla ali təhsil və elmi müəssisə bu xidmətlərdən istifadə edir. Bu sistemlər alimlər və tələbələr üçün beynəlxalq miqyasda təhlükəsiz giriş və fasiləsiz əlaqə imkanları yaradır.

İnternet platformasında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan “LoLa” texnologiyasının tətbiqi də beynəlxalq əməkdaşlığın mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Bu, virtual mühitdə həm beynəlxalq, həm də ölkədaxili elmi-mədəni inteqrasiyanın yeni mərhələsi kimi dəyərləndirilir.

Qeyd olunub ki, ümumilikdə bu əməkdaşlıq Azərbaycanın elmi-texnoloji mühitini Avropa elmi məkanına inteqrasiya edən strateji rəqəmsal platformaya çevirib. Bu isə ölkədə rəqəmsal elm və təhsil sahəsinin inkişafına, beynəlxalq əməkdaşlığın genişlənməsinə və innovativ tədqiqat mühitinin güclənməsinə töhfə verir.

İnstitut bu istiqamətdə fəaliyyətlərin gələcəkdə daha da genişləndirilməsini prioritet istiqamət kimi müəyyən edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026
Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026
İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015
Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016
10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017
AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018
Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

22-06-2026
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023
Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

13-10-2017
Ekspert:AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin xəbəri yoxdur

Ekspert:AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin xəbəri yoxdur

28-09-2022
AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023
Doktorluq imtahanları distant formada keçirilib

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017
Akademik:“Alimlərin qarşısında duran əsas problem keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərdir”

Akademik:“Alimlərin qarşısında duran əsas problem keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərdir”

28-09-2022
Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017
AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

06-04-2016
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

24-06-2025
İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020
Qazaxıstan və Avropa AI və kosmik texnologiyalar üzrə əməkdaşlığı genişləndirir

Qazaxıstan və Avropa AI və kosmik texnologiyalar üzrə əməkdaşlığı genişləndirir

23-06-2026
Azərbaycan Təhsil Şəbəkəsi elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir

Azərbaycan Təhsil Şəbəkəsi elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir

14-02-2019
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

30-06-2025
Yeni institut AzScienceNet-ə qoşuldu

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017
BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025
BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025
Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimi keçirildi

Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimi keçirildi

28-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə