İnformasiya-kommunikasiya texnologiyaları (İKT) əsri hesab olunan XXI əsrdə kompüterlər sürətlə həyatımıza daxil olmaqdadır. Azərbaycanda da İKT-nin inkişafı istiqamətində dövlət səviyyəsində müxtəlif addımlar atılmaqdadır.İndi ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması prosesi gedir. Məqsəd dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsidir. Artıq vətəndaşlar dövlət orqanlarna internet vasitəsilə də müraciət edə, şikayətlərini, təkliflərini onların elektron poçtlarına göndərə bilirlər. O da yaxşı haldır ki, bir sıra hallarda dövlət orqanları e-maillə göndərilən məktublara reaksiya verir.
Maraqlıdır, bəs nazirlərin özlərinin necə, e-mail adresləri varmı, vətəndaşlardan elektron məktublar alırlarmı? Əməkdaşımızın suallarını nazirliklərin mətbuat xidmətləri cavablandırıblar.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin xəhbəri Abbas Əliyev bildirdi ki, vətəndaşlar nazirliyin və nazir Şahin Mustafayevin e-mail ünvanına məktub göndərə bilər. “Hər iki ünvana suallar daxil olur və gələn bütün suallar cavablandırılır. Nazir Şahin Mustafayevin e-mail adresi belədir: [email protected] .
Mədəniyyət və Turizim Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva bildirdi ki, bütün suallar nazirliyin elektron poçtuna daxil olur və onlar cavablandırılır. Nazir Əbülfəz Qarayevin özünün e-mail ünvanının olmasına gəlincə, Z.Əliyeva dedi ki, ola bilsin var, amma o, bilmir. “Bizim nazirlik və mətbuat xidməti olduqca operativ işləyir, bütün məlumatları, hesabatları mətbuata acıqlayırıq, nazirin tez-tez mətbuatda müsahibələri olur. İstənilən sualları istər mətbuat xidməti, istərsə də nazir özü cavablandırır. Nazirə ünvanlanan bütün suallar nazirliyin elekton poçtuna daxil olur və nazir suallarla tanış olur, biz çalışırıq ki, hər hansı bir sual cavabsız qalmasın”.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Misir Mərdanovun öz e-mail adresi var və ora xeyli sayda suallar gəlir. Nazir özü suallara baxır və cavablandırır. Mail ünvanına gəlincə isə vətəndaşlar M.Mərdanova öz süallarını [email protected] ünvanı vasitəsilə göndərə bilərlər
Səhiyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşı Səfayə Məmmədova bildirdi ki, nazir Oqtay Şirəliyevə və eləcə də digər suallar nazirliyin e-mail adresinə ( [email protected] ) gəlir. “Çoxlu sayda suallar ünvanlanır. Bütün suallar da cavablandırılır. Bizdə hec bir cavabsız sual qalmır”.
Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəti Müşfiq Əmirov bildirdi ki, nazir Əli Abbasovun e-mail adresi var və bütün sualları şəxsən nazir özü cavablandır. “ [email protected] ünvanı nazirin öz ünvanıdır və bütün sualar bura ünvanlanır. Nazir özü suallara baxır və cavablandırır, yaxud təlimat verir ki, sual araşdırılsın və cavablandırılsın”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin xəhbəri Murtuzəli Hacıyevbildirdi ki, nazir İsmət Abbasovun e-mail ünvanı var, amma ora ünvanlanan sualları nazir yox, mətbuat xidməti cavablandırır. “Bizim nazirin e-mail ünvanı var, bura gələn suallrı mən cavablandırıram”.
Nazirin özünün suallarla maraqlanıb-maraqlanmamasına gəlincə isə M.Haciyev belə cavab verdi: “Baxır hansı sualdır, elə sual ola bilər ki, nazir özü cavab versin”. E-mail ünvana gəlincə isə nazir İsmət Abbasovun elektron poçtu belədir: [email protected]
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirdi ki, bütün suallar nazirliyin saytında göstərilən e-mail adresinə göndərilir. Nazirin özünün e-mail adresinin olub-olmamasına gəlincə, S.Məmmədova bildirdi: “Nazirin e-mail adresi var, amma mən onu sizə deyə bilmərəm. Gələn bütün suallardan nazirin xəbəri olur, biz cavablandırırıq”.
Nəqliyat Nazirliyinin mətbuat xidmətinin xəhbəri Namiq Həsənov bildirdi ki, nazir Ziya Məmmədovun, eləcə də nazirliyin e-mail adresi var. Maraqlanan insanlar suallarını ünvanlaya bilərlər. [email protected] nazir Ziya Məmmədovun öz elektron poçtudur. Nazirin sualları cavablandırıb-cavablandırmamasına gəlincə N.Həsənov dedi ki, nazir bir sıra sualları cavablandırır. “Elə suallar var ki, nazir özü cavab verir. Amma bütün sualları cavablandırmağa nazirin vaxtı olmur, bu baxımdan nazir sualları cavablandırmağı bizə həvalə edir”.
Daxili İşlər Nazirliyinnin mətbuat xidmətinin xəhbəri Ehsan Zahidovun sözlərinə görə, vətəndaşları və ictimaiyyəti maraqlandıran suallar nazirliyin e-mail adresinə daxil olur. “Bizim nazirliyin saytı var, orada e-mail adresləri göstərilib. İstənilən şəxslər bura sual ünvanlaya bilər”. Nazirin e-mail adresinə gəlincə isə E.Zahidov bildirdi ki, nazirin də e-mail adresi var: “Saytımıza baxsanlar görərlər ki, nazirin e-mail adresi var və ora gələn sualları nazir cavablandırır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, daxil olan suallar kimə aiddirsə, həmin şəxs də cavablandırır. İ.İbrahimova bildirdi ki, nazir Hüseynqulu Bağırovun e-mail adresi belədir: [email protected] ”Baxırıq, gələn sual kimə ünvanlanıb, sualları həmin adama göndəririk, o da cavablandırır”.
Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən bildirildi ki, bu nazirliyin digər nazirliklərdən fərqli iş metodu var: “Nazirin e-mail adresi yoxdur, amma hər hansı bir şəxsin nədənsə narazılığı varsa, sayta daxil olub nazirin özünə birbaşa müraciət etmək inkanı var”. Nazirlikdən eyni zamanda bildirildi ki, nazirliyin e-mail adresinə gələn suallar da kimə ünvanlanırsa, həmin rəsmi şəxs cavablandırır. //modern.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri