Previous Next
Bağla

Azərbaycanda ilk dəfə veb-təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək

06-03-2013 18:25
Azərbaycanda ilk dəfə veb-təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək
İnformasiya texnologiyalarının sürətli inkişafı veb-təhlükəsizlik məsələsinin aktuallaşmasına səbəb olub. Məhz bu səbəb nəzərə alınaraq, Azərbaycanda ilk dəfə veb-təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək.
"ICTnews" elektron xəbər xidmətinə Təşkilat Komitəsindən bildirilib ki, "Hackathon" layihəsi şərçivəsində "Delta Telecom"un sponsorluğu, XDMX XRITDA Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin
(www. cert.gov.az ) texniki dəstəyi ilə həyata keçirilən müsabiqə cari ilin 6-17 mart tarixlərini əhatə edəcək.
Müsabiqənin qısa müddətdə keçirildiyini nəzərə alaraq, Təşkilat Komitəsi qeydiyyat prosesini 6 mart tarixindən başlayaraq, yarışma boyunca (17 mart tarixinə qədər) davam etdirəcək. Qeydiyyat şərtləri olduqca sadədir.
Bunun üçün sadəcə rəsmi səhifədə ( www.websecurity.hackathonazerbaijan.org/ ) qeydiyyat formasını doldurmaq tələb olunur. İştirakçıların qeyd olunan müsabiqə qaydaları ilə tanışlığı və onların qəbul edilməsi də şərtlər sırasındadır.
Müsabiqənin əsas mərhələsinin başlandığı 15 mart tarixindən isə gənc proqramçılar qalibiyyət uğrunda öz güclərini sınayacaqlar. 17 mart saat 18:00-da yarışmanın yekunlaşması nəzərdə tutulub. Ümumi qaydalara gəldikdə isə təşkilat komitəsi tərəfindən yarışma bir sayt hazırlanacaq.
Üç gün ərzində bu saytda hər hansı texniki boşluq tapan iştirakçı qalib hesab olunacaq və pul mükafatını əldə edəcək. Birinci gün Təşkilat Komitəsi tərəfindən hazırlanan və təhlükəsizliyi güclü sayılan sayt iştirakçılara təqdim olunur.
Qalib gələn şəxsə 3000 manat təqdim olunacaq. İkinci gün sayta kiçik texniki boşluq əlavə olunacaq. Bu texniki boşluğu tapan şəxs qalib hesab olunacaq və 2000 manatla mükafatlandırılacaq.
Üçüncü gün isə texniki cəhətdən nisbi mühafizəli sayt iştirakçılara təqdim olunacaq. Qalib şəxsə 1000 AZN təqdim ediləcək.
Təşkilat Komitəsindən qeyd edilib ki, veb-təhlükəsizlik, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan və onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görən elm sahəsidir. Həqiqət
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ilk dəfə : “sayt “sındıran” 3000 manat qazanacaq”

Azərbaycanda ilk dəfə : “sayt “sındıran” 3000 manat qazanacaq”

14-03-2013
İnformatika üzrə beynəlxalq konfrans keçiriləcək

İnformatika üzrə beynəlxalq konfrans keçiriləcək

18-03-2013
Win Phone 2 müsabiqəsinə start verildi

Win Phone 2 müsabiqəsinə start verildi

21-01-2013
Saytların sayı 631 milyonu ötüb

Saytların sayı 631 milyonu ötüb

02-03-2013
Saytların sayı 650 milyona çatıb

Saytların sayı 650 milyona çatıb

03-04-2013
Milli İnternet Mükafatının ilkin mərhələsinin yekunlarına dair mətbuat konfransı

Milli İnternet Mükafatının ilkin mərhələsinin yekunlarına dair mətbuat konfransı

03-12-2009
İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009
“Elektron Təhsil” Respublika müsabiqəsi başlayır

“Elektron Təhsil” Respublika müsabiqəsi başlayır

19-03-2012
Milli İnternet Mükafatının  Nominantları seçilib

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012
“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

08-05-2013
Facebook hakerləri müsabiqədə iştirak etməyə dəvət edir

Facebook hakerləri müsabiqədə iştirak etməyə dəvət edir

14-12-2010
“Elektron hökumət” analitik məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib

“Elektron hökumət” analitik məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib

05-09-2013
“Twitter” istifadəçilərin məlumatlarını Milli Təhlükəsizlik Agentliyindən qoruyur

“Twitter” istifadəçilərin məlumatlarını Milli Təhlükəsizlik Agentliyindən qoruyur

25-11-2013
“Startup Azərbaycan 2014” Təşkilat Komitəsinin toplantısı keçiriləcək

“Startup Azərbaycan 2014” Təşkilat Komitəsinin toplantısı keçiriləcək

12-03-2014
2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014
Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə müsabiqə keçirilir

Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə müsabiqə keçirilir

13-03-2009
Ən təhlükəsiz brauzerlər məlum olub

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində iştirak üçün artıq 40-dək iddiaçı qeydiyyatdan keçib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində iştirak üçün artıq 40-dək iddiaçı qeydiyyatdan keçib

10-04-2014
Azərbaycanda “İnnovativ müəllimlər” müsabiqəsi keçirilir

Azərbaycanda “İnnovativ müəllimlər” müsabiqəsi keçirilir

13-01-2009
Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinə qeydiyyat prosesi davam edir

Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinə qeydiyyat prosesi davam edir

08-10-2009
Milli İnternet Mükafatının qeydiyyat prosesi yekunlaşmaq üzrədir

Milli İnternet Mükafatının qeydiyyat prosesi yekunlaşmaq üzrədir

24-11-2009
Azərbaycanda uşaqlar üçün “Təhlükəsiz İnternet” xidməti istifadəyə verilib

Azərbaycanda uşaqlar üçün “Təhlükəsiz İnternet” xidməti istifadəyə verilib

16-08-2013
Rabitə Nazirliyinin müsabiqəsində qeydiyyatdan keçmək mümkün deyil

Rabitə Nazirliyinin müsabiqəsində qeydiyyatdan keçmək mümkün deyil

12-10-2010
Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə