Previous Next
Bağla

Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

06-12-2022 12:05
Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Dekabrın 6-da Azərbaycanın rabitə və informasiya texnologiyaları işçiləri öz peşə bayramlarını qeyd edirlər.

Xeberler.az bildirir ki, bu gün Prezident İlham Əliyevin 2 dekabr 2013-cü il tarixli sərəncamı ilə hər il dekabrın 6-da qeyd olunur.

Məhz 1881-ci ilin eyni günündə “Nobel qardaşları cəmiyyəti”nin Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verməsi milli rabitinin başlanğıc tarixi hesab edilir.

Azərbaycanda 1926-cı ildə ilk radionun, 1956-cı ildə isə ilk televiziyanın fəaliyyətə başlaması, insanlara məlumatların bu vasitələrlə çatdırılması, həmçinin o dövrlərdə ölkəmizdə ilk rəqəmsal kompüterlərin meydana gəlməsi, 1945-ci ildə AMEA-nın yaradılması və harmonik olaraq bu istiqamətdə tədqiqatların aparılması, kibernetikanın, informatikanın əsasının qoyulması – bütün bunlar kompleks olaraq Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının formalaşmasına, yüksək ixtisaslı kadrların hazırlanmasına şərait yaratdı.

1969-cu ildə Ümummilli lider H.Əliyev Azərbaycanda hakimiyyətə gələndə onun diqqət ayırdığı əsas sahələrdən biri də məhz rabitə sahəsi idi. O vaxtlar Azərbaycanda rabitə sahəsinin inkişaf etdirilməsi, həmin dövrün problemlərinin aradan qaldırılması, onun maddi texniki bazasının gücləndirilməsi, ölkədə rabitə ilə bağlı müxtəlif müəssisə və texnoloji obyektlərin yaradılması, bu sahədə ixtisaslı kadrların hazırlanması məhz ümummilli liderin adı ilə bağlıdır. Məhz onun dəstəyi ilə çoxlu sayda gənclər gedib SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alıblar və onlar indi də bu sahənin inkişafında mühüm rol oynayırlar.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev də İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının inkişafını ölkəmizdə prioritet sahə elan edib. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strategi yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul edilib. 

Azərbaycanda genişzolaqlı İnternet infrastrukturu inkişaf etdirilib, vətəndaşların təhlükəsiz, keyfiyyətli və ucuz İnternet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilib. Görülən işlər nəticəsində artıq ölkə əhalisinin 80 faizindən çoxu İnternet istifadəçisidir. 

O cümlədən elektron dövlətin, elektron vətəndaşın inkişafı istiqamətində də bir sıra nailiyyətlər əldə olunub. Artıq vətəndaşlar bir sıra dövlət xidmətlərindən heç bir bürokratik əngəl, zaman, məkan problemi olmadan rahat şəkildə istifadə edə bilirlər. “Bir pəncərə” prinsipinə əsaslanan “Elektron Hökumət” portalının fəaliyyəti, “Asan Xidmət” modeli ölkəmizin bu sahədə uğurla həyata keçirilən və vətəndaş məmnunluğuna hədəflənən layihələrdir.

Bu vaxta qədər 3 telekommunikasiya peykinin yerətrafı orbitə buraxılması, azad edilmiş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin yaradılması istiqamətində atılan addımlar, Beynəlxalq Astonavtika Konqresinə Bakının ev sahibliyi etməsinə nail olunması hökumətin məqsədyönlü addımlar atdığını deməyə əsas verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

06-12-2025

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06-12-2021

Azərbaycanda ilk telefon xətti bu gün işə düşüb

06-12-2015

6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

05-12-2008

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06-12-2024

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023

Rabitə sahəsi işçilərinin peşə bayramı Gəncədə qeyd olunub

06-12-2016

Rabitəçilər peşə bayramlarını qeyd edir

06-12-2016

Ötən il Azərbaycanın İKT sektoru və əlaqədar elm sahələri üçün necə yadda qalıb?

19-01-2022

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

Nazir rabitəçilərə təbrik ünvanladı

06-12-2018

“İKT milli iqtisadiyyatın aparıcı sektoruna çevrilib”

23-09-2016

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

08-04-2013

“Azərbaycanda 9,1 milyon mobil abunəçi var”

06-01-2011

Milli peykin orbitə buraxılması reallaşır

01-08-2008

Azərbaycanda ilk dəfə olaraq Elm Günü qeyd olunacaq

27-03-2019

27 Mart - Azərbaycanda Elm Günüdür

27-03-2023

Bakıda rəqəmsal inkişaf və nəqliyyat prioritetlərinə dair seminar keçirilir

27-01-2022

Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

06-12-2023

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025

Əli Abbasov: “Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir”

01-03-2013

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə təbrik

05-12-2015

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

Akademik: Əsas məqsəd dövlətin və cəmiyyətin kiberimmunitetini gücləndirməkdir

03-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə