Bakıda keçirilən “WTDC-25” iştirakçı sayı ilə rekord qırıb

08-12-2025 / 10:17

17-28 noyabr tarixlərində Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) uğurlu nəticələrlə yadda qalıb. Tədbir iştirakçı sayı və yüksəksəviyyəli qonaqların iştirakı baxımından əvvəlki illərin nəticələrini üstələyərək rekord qırıb.

Xeberler.az bildirir ki, “WTDC-25”də iştirak üçün ümumilikdə 2572 nəfər qeydiyyatdan keçib. Bu göstərici Bakı konfransını son illərdə təşkil edilən “WTDC”lər arasında ən yüksək iştirakçı sayına malik tədbirə çevirib. Müqayisə üçün bildirək ki,
“WTDC-2017” 1360 fiziki iştirakçı, “WTDC-2022” isə ümumilikdə 1763 iştirakçı ilə keçirilib. “WTDC-25”, həmçinin yüksəksəviyyəli qonaqların sayına görə də seçilib.

Konfransda 196 yüksəkvəzifəli qonaq iştirak edib. Bu, “WTDC-2022”dəki göstəricidən xeyli yüksəkdir və konfransın beynəlxalq səviyyədə artan əhəmiyyətini əks etdirir.

Bakının ev sahibliyi etdiyi tədbirdə iştirakçı rahatlığı, təşkilati işlər, protokol, media və kommunikasiya məsələləri yüksək səviyyədə həyata keçirilib. Konfrans həm bu baxımdan, həm də beynəlxalq tərəfdaşların geniş iştirakını təmin etməsi baxımından yüksək qiymətləndirilib.

“WTDC-25”in əsas nəticələrindən biri 2026 – 2029-cu illəri əhatə edən qlobal rəqəmsal inkişafın əsas bələdçisi rolunu oynayacaq Bakı Fəaliyyət Planının qəbulu oldu. Bu plan inkişaf etməkdə olan ölkələrin, xidmətlərdən kənarda qalan cəmiyyətlərin rəqəmsal ehtiyaclarına xüsusi diqqət yetirərək insan mərkəzli və inklüziv rəqəmsal inkişaf üçün strateji istiqamətləri müəyyən edir.

Bu öhdəliyin əhəmiyyəti qlobal çağırışla vurğulanır: “Dünyada iki milyarddan çox insan hələ də internetə çıxışa malik deyil. Bakı Fəaliyyət Planı rəqəmsal iqtisadiyyatın faydalarının bütün cəmiyyətlər arasında paylanılması üçün vacib olan universal və əlçatan əlaqə təmin etməklə bu fərqi aradan qaldırmağa yönəlib”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə