Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 139-a çatıb.
"Startap" şəhadətnamələri "Yol yoldaşı" MMC-nin şəhərlərarası nəqliyyat axtarışı üçün mobil tətbiq, "Prodigitrack" MMC-nin satınalma prosesinin təşkili üçün onlayn platforma, Rafiq Mirzəyevin kənd təsərrüfatı və qida tullantılarından alternativ protein və yağ istehsalı, Aygün Əliyevanın atmosferdən suyun generasiyası üçün avadanlığın istehsalı və satışı layihələri üçün təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri