Bu gün “Excelsior” mehmanxanasında Avropa Şurası və Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən birgə “Azərbaycanda İnternet Medianın Tənzimlənməsi” mövzusunda konfrans keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Rabitə və İnformasiya Texnologiyası Nazirliyinin və Milli Televiziya və Radio Şurasının məsul şəxsləri, Milli Məclisin üzvləri, internet və ənənəvi medianın əməkdaşları, həmçinin Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri və Avropa Şurasının ekspertləri iştirak edirlər.
Tədbirdə çıxış edən Avropa Şurası Baş Katibinin Azərbaycanda xüsusi nümayəndəsi Veronika Kotek deyib ki, dünyada internet mediasının məhdudlaşdırılması düzgün deyil. Onun sözlərinə görə, hazırda Avropa dövlətləri ərazisində internet mediası sürətlə inkişaf edir.
MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli isə internet insanların həyatında üstünlük təşkil etdiyi kimi, media sahəsində də yayılmağa başladığını nəzərə çatdıraraq,internetin tənzimlənməsini vacib sayıb. Onun sözlərinə görə, bu gün dünyada internet vasitəsi ilə kiber cinayətkarlıq, o cümlədən bank oğurluğu və digər hadisələrin baş verdiyini bildirib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə öz çıxışında bildirib ki, Azərbaycanda internet texnologiyaları hələ tam inkişaf etdirilməyib. Onunu sözlərinə görə, dünyada internetdən istifadə ilə əlaqədar 130 ölkə arasında aparılan monitorinq zamanı Azərbaycan 60-cı yeri tutub.
“Azərbaycanda gələcəkdə genişzolaqlı internet şəbəkəsinin qurulamsı istiqamətində ciddi işlər görülür. Düşünürəm ki, yaxın perspektivdə Azərbaycanda da yüksək sürətli internet şəbəkəsi yaradılacaq və bu da internet mediasının genişlənməsini imkan yaradacaq”, - deyən İ.Məmmədov əlavə edib ki, hazırda Azərbaycanda internetin sürəti 10 geqavitə çatdırılıb.
Qeyd edək ki,konfransın məqsədi müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə yeni media təşəbbüsləri tərəfindən demokratik dəyərələrin və prinsiplərin tətbiqi və inteqrasiyası yollarının axtarılması üçün dialoq məkanının formalaşdırılmasıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri