Previous Next
Bağla

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023 17:42
Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda fəaliyyət göstərən internet provayderlərinin xidmətinin keyfiyyətini rüblük ölçəcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Agentlikdən bildirilib.

Məlumata görə, İKTA xidmət bazarlarını təhlil etmək və onların formalaşdırılması istiqamətində tədbirlər görmək məqsədilə telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərdən keyfiyyət və digər göstəriciləri rüblük əsasda və elektron qaydada toplamağa başlayıb. Əldə olunmuş nəticələrin təhlil edilməsi tənzimləyici qurumun telekommunikasiya bazarına istehlakçıyönümlü müdaxiləsinə və orada sağlam rəqabətin formalaşdırılmasına da imkan verəcək.

"Telekommunikasiya sahəsində göstərilən xidmətlərin keyfiyyətinə dair tədbirlərin həyata keçirilməsi bu sahənin tənzimlənməsində olduqca önəmlidir. Bazarın öyrənilməsi məqsədilə, bu ilin yanvar ayından başlayaraq İKTA telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinə dair xarici təcrübəni öyrənib, geniş təhlillər aparıb.

Telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinin və keyfiyyət səviyyəsinə dair minimal tələblərin müəyyən edilməsi, xidmət keyfiyyəti üzrə operatorların, internet provayderlərin fəaliyyətinin tənzimlənməsi, eləcə də telekommunikasiya xidmətlərinin keyfiyyətinin dəyişən şərtlər çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə İKTA “Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri haqqında Qayda” layihəsi hazırlayıb və aidiyyəti üzrə nazirliyə təqdim edib.

İKTA telekommunikasiya bazarındakı mövcud vəziyyəti anlamaq üçün müştəri məmnuniyyəti ilə bağlı müxtəlif sorğuların və araşdırmaların aparılmasını planlaşdırır. Bu proses istehlakçılardan mütəmadi olaraq qiymət, xidmət xüsusiyyətləri baxımından internet provayderlərin təqdim etdiyi müştəri xidmətinin keyfiyyətinə və tutarlılığına dair qərəzsiz rəy toplamağa imkan verəcək, istehlakçıların internet provayderlərdən gözləntilərini öyrənməyə kömək edəcək”, - deyə açıqlamada qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İKTA internet üzrə keyfiyyət göstəricilərini təqdim edib

29-11-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA və “Aztelekom” MMC arasında birgə işçi görüş olub

30-09-2023

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

02-04-2026

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İnternetin keyfiyyətinə cavabdeh olan departamentə rəhbər təyin edilib

22-08-2023

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

Operator və internet-provayderlərin coğrafi əhatə dairəsini əks etdirən rəqəmsal xəritələr tərtib olunacaq

21-07-2023

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

20-02-2026

Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

04-07-2023

Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

10-08-2023

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İKTA yazı müsabiqəsi elan edir

23-12-2024

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKTA “İnternet xidmətləri üzrə istehlakçı təcrübəsi sorğusu”nun keçirilməsinə başlayıb

12-06-2024

İKTA telekommunikasiya operatorları və provayderləri ilə görüşüb

28-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə