Previous Next
Bağla

İKTA internet üzrə keyfiyyət göstəricilərini təqdim edib

29-11-2024 18:55
İKTA internet üzrə keyfiyyət göstəricilərini təqdim edib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ilin əvvəllərindən başlayaraq operator və provayderlərdən onların telekommunikasiya xidmətləri üzrə keyfiyyət (QoS) göstəriciləri üzrə məlumatların toplanması prosesinə başlayıb.

Xeberler.az məlumat verir ki, bu məqsədlə İKTA tərəfindən müvafiq elektron xidmət və informasiya sistemi – DCS (data collection system) hazırlanaraq istifadəyə verilib.

Agentliyin topladığı məlumatlardan telekommunikasiya sahəsində zəruri təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlər görmək üçün istifadə olunur.

Elektron sistem vasitəsilə təqdim olunan hesabatlar üzrə müxtəlif telekommunikasiya xidmətlərinin fəaliyyətinin və etibarlılığının qiymətləndirilməsi üçün 2024-cü ilin I rübü üzrə 273 hesabat, 2024-cü ilin II rübü üzrə isə 266 hesabat daxil olub.

Bu hesabatlar bir sıra əsas QoS parametrlərini, o cümlədən telefon (məftilli), sellülar (mobil), internet və müştəri xidmətləri ilə bağlı məsələləri əhatə edir.

İnternet xidmətlərinin keyfiyyət göstəriciləri xidmət bazarlarının formalaşdırılması istiqamətində tədbirlərin görülməsi üçün hazırlanıb. İnternet xidmətləri üzrə “Xidmətə qoşulma müddəti”, “Fakturalanmış yükləmə-endirmə qabiliyyəti”, “İP paket itkisi”, “Jitter”, “DATA-nın yükləmə-endirmə zamanı kimi xidmət keyfiyyət göstəriciləri” təhlil olunub. “Xidmətə qoşulma müddəti” göstəricisi üzrə orta xidmət müddəti 3 günə bərabərdir.

Qeyd edək ki, müvafiq göstərici üzrə hesablanmış rəqəm hədəf olaraq müəyyən edilən 6 gün müddətini 2 dəfə qabaqlayır. Operator və provayderlərin 98%-i qeyd olunan hədəfə çatıb.

“Fakturalanmış yükləmə-endirmə qabiliyyəti” göstəricisi üzrə provayderlərin 78%-i hədəfə çatıb.

Təqdim olunmuş hesabatlara əsasən, müvafiq göstərici üzrə orta nəticə hədəf olaraq müəyyən edilmiş minimum 75% göstəricidən 5% yüksək olmaqla 80%-ə bərabər olub.

2024-cü ilin I rübü və 2024-cü ilin II rübü üzrə toplanan hesabatlarda müəyyən olunub ki, “Bərpa səviyyəsi” və “Jitter” göstəricisi üzrə provayderlərin 78%-i qeyd olunan hədəfə çatıb. Müştəri xidmətlərinə dair “Çağrı mərkəzinin cavab müddəti”, “Şikayətlərin aradan qaldırılma müddəti”, “İstehlakçı şikayəti sıxlığı” kimi xidmətlərin keyfiyyət göstəriciləri təhlil edilib. “Çağrı mərkəzinin cavab müddəti” üzrə provayderlərin 72%-i hədəfə çatıb. “İstehlakçı şikayət sıxlığı” (hesab faktura ilə bağlı) göstəricisi üzrə provayderlərin 59%-i qeyd olunan hədəfə çatıb.

Həmçinin ölkəmizdə rəqabətli və keyfiyyətli telekommunikasiya bazarının formalaşmasına xidmət edən normativ hüquqi akt Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 3-27/3-7-18/2023 nömrəli Qərarı ilə “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” təsdiq edilib və müvafiq sənəd Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib (https://e-qanun.az/framework/56001). Sənəd telefon (məftilli) və sellülar (mobil) rabitə, internet xidmətləri, eləcə də bu xidmətlər üzrə müştəri xidmətlərinə dair xidmət keyfiyyət göstəricilərini müəyyən etməklə provayder və operatorların göstərdikləri xidmətin keyfiyyətinin təmin edilməsini və bu göstəricilərin tələb olunan səviyyədən aşağı olmamasını tələb edir. Bu da öz növbəsində ümumilikdə müştəri məmnuniyyətinin artırılmasına, həmçinin sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradacaq.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi müvafiq xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi və yüksəldilməsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edildi

08-01-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA provayderlərin dekabr üzrə sürət göstəricilərini dərc edib

19-01-2026

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

17-02-2026

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə