Previous Next
Bağla

İnternetin keyfiyyətinə cavabdeh olan departamentə rəhbər təyin edilib

22-08-2023 10:55
İnternetin keyfiyyətinə cavabdeh olan departamentə rəhbər təyin edilib
İKT sektorunda uzun illərdi ki ən problemli məsələ xidmətlərin keyfiyyəti olub. Xüsusən də uzun illərdi ki, internetin keyfiyyəti aktual məsələ olaraq qalır. Son bir neçə ildə internetə və digər telekom xidmətlərə əlçatanlıq da getdikcə artır və keyfiyyət məsələsi daha da əhəmiyyət kəsb edəcək.
 
Bu sahəyə cavabdeh qurum isə RİNN-nin İnformasiya Komminikasiya Texnologiyaları Agentliyidir. Müşahidələr göstərir ki, yeni Agentlik telekommunikasiya xidmətlərinin keyfiyyətinə nəzarəti gücləndirmək niyyətindədir.
Agentlik son zamanlar bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb. Provayderlərlə sistemli olaraq görüşlər keçirilir, problemlərinə diqqət yetirilir, onlar uçota alınır, uçota durmayanlar cərimələnir və s. İKTA sektorda göstərilən xidmətlərin keyfiyyət standartlarının hazırlandığını da açıqlayıb.
 
Qurum tərəfindən beynəlxalq təcrübə əsasında “Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri haqqında Qayda”lar hazırlanıb. Hələlik bu Qaydalar təsdiqlənməyib. Məlum olduğu kimi İKTA-nın strukturunda məhz bu istiqamət üzrə ayrıca departament -Xidmət bazarlarına nəzarət və istehlakçı hüquqlarının qorunması departamenti də yaradılıb.
 
Bu günlərdə isə bu departamentə yeni təyinat olub. Nail İsmayılov İKTA-nın Xidmət bazarlarına nəzarət və istehlakçı hüquqlarının qorunması departamentinə müdir təyin edilib. Nail İsmayılov əvvəllər ASAN Xidmətdə -Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində çalışıb, xeyli müddət Kənd Təsərrüfatı Nazirliyinin İT şöbəsinə rəhbərlik edib. Ümid edirəm İKTA tənzimləyici qurum olaraq tez bir zamanda sektorda xidmətlərin keyfiyyətini yüksəldə biləcək.
 
Osman Gündüz,
 
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023
Mobil rabitə və mobil internetin keyfiyyəti pisləşib

Mobil rabitə və mobil internetin keyfiyyəti pisləşib

16-01-2024
İKTA hesabat verib

İKTA hesabat verib

09-04-2024
Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

10-08-2023
Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023
Provayderlər internet istifadəçilərin müqavilə şərtlərini məhdudlaşdıra bilməyəcəklər

Provayderlər internet istifadəçilərin müqavilə şərtlərini məhdudlaşdıra bilməyəcəklər

17-02-2024
CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023
İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025
Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

20-02-2026
İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025
İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026
Provayderlər barədə məlumat almaq asanlaşdı-Yeni sayt

Provayderlər barədə məlumat almaq asanlaşdı-Yeni sayt

19-07-2023
150 provayderi əhatə edən şikayət sistemi effektiv olacaqmı ?

150 provayderi əhatə edən şikayət sistemi effektiv olacaqmı ?

27-11-2023
30 provayderin saytı yoxdur-Ekspert

30 provayderin saytı yoxdur-Ekspert

21-08-2023
İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025
İKTA-da media nümayəndələri ilə görüş keçirilib

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024
İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

24-06-2025
İnternetin keyfiyyətini necə qaldırmaq olar?

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024
Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

02-06-2023
“Zamex” MMC ilə xidmət keyfiyyətinə dair müzakirə aparılıb

“Zamex” MMC ilə xidmət keyfiyyətinə dair müzakirə aparılıb

04-09-2025
Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

24-02-2025
Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

02-07-2025
Hökumət  internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023
Provayderlərə xəbərdarlıq edildi

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə