Previous Next
Bağla

Azərbaycanda kriptoaktivlər sahəsində qanunvericiliyə dəyişikliklər gözlənilir

13-10-2026 17:29
Azərbaycanda kriptoaktivlər sahəsində qanunvericiliyə dəyişikliklər gözlənilir

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiyanın hazırlanması üzrə işlər yekunlaşmaq üzrədir və sənəd hazırda aidiyyəti dövlət qurumları ilə son razılaşdırma mərhələsindədir.

Xeberler.az bildirir ki, bunu Reporta açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin üzvü və "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin üzvü Rasim Xammədov deyib.

Onun sözlərinə görə, dövlət qurumlarından rəy və təkliflər alındıqdan sonra sənəd Mərkəzi Bankın təqdimatı ilə Milli Məclisə göndəriləcək.

"Düşünürəm ki, bu proses hələ bir-iki ay çəkəcək. İnanıram ki, cari ilin sonunadək sənədin Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Yeni qaydalarla bağlı 120-dən çox düzəliş, şərh və təklif irəli sürülüb. Bunlar qüvvədə olan qaydalara və qanunvericiliyə dəyişikliklərlə bağlıdır. Hazırda təkliflər razılaşdırma prosesindədir. Proses başa çatdıqdan sonra sənəd assosiasiyalara qaytarılacaq.

Bununla yanaşı, Mərkəzi Bank qanunvericiliyə dəyişikliklər və yeni təkliflərlə bağlı müraciətlərə açıqdır. Hazırda assosiasiyalarla bu istiqamətdə iş aparılır. Qanunvericiliyə dəyişiklik və təkliflərlə bağlı işləri, güman edirəm ki, noyabr ayınadək yekunlaşdıraraq Mərkəzi Banka təqdim edəcəyik", - deyə R. Xammədov bildirib.

O qeyd edib ki, təkliflər hazırlanarkən üç əsas istiqamət nəzərə alınacaq.

"Birincisi, xarici bazarlarla Azərbaycan bazarı arasındakı fərqləri qiymətləndirməkdir. İkincisi, 2024-cü ildə qüvvəyə minmiş qanunun son iki il ərzində tətbiqi zamanı baş verən dəyişiklikləri və qanunvericiliyin təkmilləşdirilməsi ehtiyacını müəyyənləşdirməkdir. Üçüncüsü isə Mərkəzi Bankın 2027–2030-cu illər üzrə yeni strategiyasına uyğun olaraq gələcəkdə hansı dəyişikliklərin edilməsinin məqsədəuyğun olduğunu müəyyənləşdirməkdir. İstəyirik ki, bu istiqamətlər üzrə hazırlanan təkliflər qanunvericilikdə öz əksini tapsın", - deyə R. Xammədov vurğulayıb.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır

Kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır

17-12-2025
Təhlükəsizlik və rabitə sahələri ilə bağlı qanunvericilik dəyişə bilər

Təhlükəsizlik və rabitə sahələri ilə bağlı qanunvericilik dəyişə bilər

13-11-2015
Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

14-06-2023
Kriptoaktivlərlə bağlı normativ hüquqi aktların hazırlanması müzakirə edilib

Kriptoaktivlərlə bağlı normativ hüquqi aktların hazırlanması müzakirə edilib

13-08-2026
Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

06-09-2023
Bu ilin birinci yarısında dünyada Fintex sahəsinə 52 mlrd. dollar investisiya edilib

Bu ilin birinci yarısında dünyada Fintex sahəsinə 52 mlrd. dollar investisiya edilib

06-09-2023
AMB-də fintex ekosistemində institusional əsasların gücləndirilməsi müzakirə edilib

AMB-də fintex ekosistemində institusional əsasların gücləndirilməsi müzakirə edilib

17-02-2026
Elektron ticarətin təşviqi ilə bağlı qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair təkliflər paketi hazırlanıb

Elektron ticarətin təşviqi ilə bağlı qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair təkliflər paketi hazırlanıb

07-10-2013
AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə Təkliflər göndərib

AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə Təkliflər göndərib

11-07-2011
 "Son illər MİDA-nın sisteminə kiberhücumlarla bağlı Baş Prokurorluğa müraciətlər olur"

"Son illər MİDA-nın sisteminə kiberhücumlarla bağlı Baş Prokurorluğa müraciətlər olur"

21-09-2023
AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

17-06-2022
Milli poçt maliyyə xidmətləri bazarının 5 faizinə sahib olacaq

Milli poçt maliyyə xidmətləri bazarının 5 faizinə sahib olacaq

23-05-2015
Azərbaycanda SWIFT-ə alternativ mexanizm yaradılır

Azərbaycanda SWIFT-ə alternativ mexanizm yaradılır

17-12-2025
"Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb

"Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb

30-09-2024
“Bakı Fintex Forumu 2025” keçiriləcək

“Bakı Fintex Forumu 2025” keçiriləcək

19-09-2025
Şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı qanunvericililiyə dəyişikliklər ediləcək

Şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı qanunvericililiyə dəyişikliklər ediləcək

16-04-2024
Startap Şəhadətnamələrinin verilməsi nə üçün ləngiyir ?

Startap Şəhadətnamələrinin verilməsi nə üçün ləngiyir ?

26-09-2019
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər

Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər

25-02-2026
Azərbaycanda "Fərdi informasiyanın mühafizəsi üzrə" qanun layihəsinə dəyişiklik hazırlanır

Azərbaycanda "Fərdi informasiyanın mühafizəsi üzrə" qanun layihəsinə dəyişiklik hazırlanır

13-06-2023
Mərkəzi Bankının nəzdində innovativ hab yaradılması təklif olunur

Mərkəzi Bankının nəzdində innovativ hab yaradılması təklif olunur

14-02-2025
Azərbaycanda aşağı tezlik diapazonları hərrac yolu ilə veriləcək

Azərbaycanda aşağı tezlik diapazonları hərrac yolu ilə veriləcək

04-07-2019
Açıq Məlumat Bazaları haqqında qanun layihəsinin hazırlanması təklif olunur

Açıq Məlumat Bazaları haqqında qanun layihəsinin hazırlanması təklif olunur

18-01-2017
Startapların inkişafı ilə bağlı hökumətə təqdim ediləcək təkliflər paketi  yekunlaşır

Startapların inkişafı ilə bağlı hökumətə təqdim ediləcək təkliflər paketi yekunlaşır

07-08-2015
Kərəm Mansurov: "Elektron məhkəmə" vahid ekosistem kimi qurulmalıdır

Kərəm Mansurov: "Elektron məhkəmə" vahid ekosistem kimi qurulmalıdır

20-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə