Previous Next
Bağla

Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayn formada edəcək

07-03-2017 10:43
Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayn formada edəcək

Artıq dünyada olduğu kimi, Azərbaycan vətəndaşları da sığortanın ən sadə və ən rahat modeli olan onlayn sığortadan “Elektron hökumət” portalı üzərindən istifadə edəcək.

Belə ki, “Elektron hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “İcbari nəqliyyat sığortası” adlı xidmət elektronlaşdırılaraq, portala inteqrasiya edilib.

Bu barədə Xeberler.az-a Məlumat Hesabla Mərkəzindən (MHM) məlumat verilib.

Qeyd edilib ki, nəqliyyatın icbari sığortasını onlayn etmək üçün “Elektron hökumət” portalına daxil olub, “Digər” xidmətlərin içərisindən “İcbari nəqliyyat sığortası” xidməti seçilir.

Açılan pəncərədə nəqliyyat vasitəsinin qeydiyyat nişanını daxil edib, “Davam et” düyməsini sıxdıqdan sonra avtomobilin ban nömrəsini qeyd etmək tələb olunur.

Ban nömrəsi daxil edildikdən sonra ekranda avtomobilin markası və modeli görünür. Bundan sonra vətəndaş şəxsi məlumatlarını sistemə daxil edib, “Davam et” düyməsini seçir. Sonra sığortanın qüvvəyə minmə tarixi müəyyənləşdirilir. Əslində, sığortanın qüvvəyə minmə tarixi sistem tərəfindən avtomatik təyin edilir, lakin vətəndaş 30 gündən artıq olmamaq şərti ilə digər tarixi də seçə bilər. Açılan səhifədə sığorta şirkətlərinin adları və ödəniləcək məbləğ görünür.

Vətəndaş istənilən sığorta şirkətini seçir, şığorta haqqını ödəyir və sığortasını əldə edir.

Qeyd edək ki, klassik formadan fərqli olaraq, onlayn sığorta təhlükəsizlik və rahatlığına görə bir sıra üstünlüklərə malikdir. Elə buna görə də dünyada əksər insanlar birbaşa sığortaya üstünlük verirlər. Statistikaya görə, britaniyalıların 70%-i, Fransada isə yerli əhalinin 50%-i onlayn sığortadan istifadə edir.

Onlayn sığortanın müsbət cəhətlərindən biri də burada vasitəçinin olmamasıdır. Yəni elektron sığorta broker və ya agentlərin iştirakı olmadan sığortaçı və müştəri arasında birbaşa əlaqə yaradılması deməkdir. Bu isə öz növbəsində, sığorta xərclərini azaldır.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Daha bir sığorta şirkəti onlayn satışa başlayıb

Daha bir sığorta şirkəti onlayn satışa başlayıb

02-12-2015
İcbari tibbi sığortanın "Onlayn çat" xidməti fasiləsiz işləyir

İcbari tibbi sığortanın "Onlayn çat" xidməti fasiləsiz işləyir

06-03-2025
İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020
Onlayn sığorta alanların sayı çoxalıb

Onlayn sığorta alanların sayı çoxalıb

07-07-2015
İcbari sığortanı onlayn sifariş edin

İcbari sığortanı onlayn sifariş edin

21-07-2015
Dövlət icbari şəxsi sığorta üzrə  ödənişlər proaktiv qaydada təyin ediləcək

Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər proaktiv qaydada təyin ediləcək

26-04-2022
İcbari sığorta haqlarını ödəmək asanlaşdı

İcbari sığorta haqlarını ödəmək asanlaşdı

08-01-2018
Azərbaycanda onlayn sığorta platforması istifadəyə verildi

Azərbaycanda onlayn sığorta platforması istifadəyə verildi

03-06-2019
Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün daha bir addım

Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün daha bir addım

02-02-2023
"Bu il bütün icbari sığortalar elektron müqaviləyə keçiriləcək"

"Bu il bütün icbari sığortalar elektron müqaviləyə keçiriləcək"

02-05-2023
İcbari Sığorta Bürosunun “Çağrı Mərkəzi” yenilənib

İcbari Sığorta Bürosunun “Çağrı Mərkəzi” yenilənib

08-01-2025
Hesab.az-dan sığorta etmək istəyənlərə şad xəbər

Hesab.az-dan sığorta etmək istəyənlərə şad xəbər

16-07-2019
Aqrar sığorta haqqının “AsanPay” vasitəsilə ödənişinə başlanıldı

Aqrar sığorta haqqının “AsanPay” vasitəsilə ödənişinə başlanıldı

29-05-2025
Sığorta şirkətləri elektron imzanın tətbiqinə başlayıb

Sığorta şirkətləri elektron imzanın tətbiqinə başlayıb

06-10-2016
Avtomobillərin icbari sığortası internetlə satılacaq

Avtomobillərin icbari sığortası internetlə satılacaq

09-09-2016
Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

07-07-2025
Azərbaycanda yeni onlayn sığorta platformasında qeydiyyat başladı

Azərbaycanda yeni onlayn sığorta platformasında qeydiyyat başladı

05-03-2019
Azərbaycanda malların gömrükdən keçirilməsi asanlaşdı

Azərbaycanda malların gömrükdən keçirilməsi asanlaşdı

05-01-2016
“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir

“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir

04-04-2022
“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq

“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq

31-12-2021
Sığorta müqavilələri internet vasitəsilə bağlanacaq

Sığorta müqavilələri internet vasitəsilə bağlanacaq

06-04-2012
“1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti istifadəyə verilib

“1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti istifadəyə verilib

19-12-2024
İcbari sığorta elektron məlumat mübadiləsinə əsaslanacaq

İcbari sığorta elektron məlumat mübadiləsinə əsaslanacaq

22-08-2019
E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

27-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə