Previous Next
Bağla

Bir günə sayt yaratmağı öyrən seminarı keçirilib

05-03-2019 12:07
Bir günə sayt yaratmağı öyrən seminarı keçirilib

Fəaliyyətinin 10 illiyini qeyd edəcək Azərbaycanın ilk biznes inkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafına öz töhfəsini verməyə davam edir. Zəngin təcrübə, peşəkər mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyi ilə gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verən mərkəz növbəti dəfə tələbələri bir araya gətirib. 

Xeberler.az  bildirir ki, mərkəzin dəstəyi ilə “Owbike” startapı tərəfindən tələbələrə “1 günə sayt yaratmağı öyrən” adlı seminar keçirilib. Seminar zamanı sayta ehtiyacı olan şirkətlərin tapılması, bazar araşdırmasının aparılması, şirkətlər üçün vebsayt kontentinin düzgün tərtib olunması və “Owbike” sistemi çərçivəsində sayt yaradıb şirkətlərə təklif olunması tələbələrə öyrədilib. Təlim zamanı həmçinin keyfiyyətli şəkildə hazırlanan və təqdim olunan saytların şirkətlərə verdikləri üstünlüklər, düzgün kontent strategiyasının müəyyən edilməsi və digər aktual mövzular müzakirə olunub.

Seminarın təşkil olunmasında məqsəd tələbələrə “Content Management” (məzmun idarəolunması) peşəsinin əsaslarını öyrətmək və gələcəkdə bu yöndə peşəkar şəkildə fəaliyyət göstərmələrinə yardımçı olmaqdır. “Owbike” startapı bundan sonra da ödənişsiz seminarların keçirilməsini davam etdirəcək.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti “Owbike” buludda sayt yaratma sistemidir. Sistemdən istifadə edərək sahibkarlar heç bir texniki biliyə sahib olmadan öz gəlirlərini artıracaq biznes saytlarını asanlıqla yarada bilərlər. Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə yaradılmış bir layihədir. Mərkəz əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək, onların müstəqil şirkətə çevrilməsinə kömək edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startapçı həyatından bir gün

12-10-2018

İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

21-11-2019

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

04-07-2019

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

28-06-2019

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018

Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

18-10-2018

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

Azercell Gələcəyi qur layihəsində məktəblilərə dəstək oldu

06-10-2018

Barama mərkəzində A’Startap Sammiti keçirildi.

24-07-2018

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018

Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

07-09-2018

Barama yerli startaplara dəstəyi artırır

26-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə