Previous Next
Bağla

Azərbaycanda texnopark imtiyazları İKT məhsullarının ixracını stimullaşdırır

19-12-2025 14:56
Azərbaycanda texnopark imtiyazları İKT məhsullarının ixracını stimullaşdırır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə texnopark rezidenti olan 100-dən çox şirkətin nümayəndələri ilə görüş keçirilib. Görüş əsnasında texnopark fəaliyyətinin mövcud vəziyyəti müzakirə edilib, gələcək inkişaf planları haqqında məlumat verilib, İKT məhsullarının ixrac imkanları üzrə fikir mübadiləsi aparılıb və rezidentlər arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə şəbəkələşmə sessiyası təşkil edilib.

Tədbiri giriş sözü ilə açan İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, texnoparkların bu strategiyada rolu və rezidentlərlə qurulan tərəfdaşlıq modeli barədə məlumat verib:

"İRİA olaraq məqsədimiz texnopark rezidentlərinin şəbəkəsini daha da genişləndirmək, rezidentlərin biznes tərəfdən inkişafına real dəstək göstərmək və xüsusilə də yerli İKT məhsullarının ixrac potensialını təşviq etməkdir. Bu yanaşmanın nəticələrini artıq konkret statistikada da görürük. Texnopark rezidentlərinin sayı 2023-cü ildə 70 olduğu halda, 2024-cü ildə bu rəqəm 118-ə yüksəlib, 2025-də isə artıq 163 şirkət texnoparkımızın rezidentidir".

İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev texnopark fəaliyyətinin mövcud vəziyyəti, əldə olunmuş nəticələr və qarşıdakı dövr üçün planlar barədə təqdimatla çıxış edib. Təqdimatda rezidentlərlə əməkdaşlığın gücləndirilməsi, icma yanaşmasının formalaşdırılması və texnoparkların ölkə iqtisadiyyatında real dəyər yaradan biznes platformasına çevrilməsi əsas istiqamətlər kimi qeyd olunub.

Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Cavid Süleymanlı İKT sənayesinin iqtisadiyyatda rolu, qlobal tendensiyalar və Azərbaycan üçün mövcud ixrac imkanları, müxtəlif ölkələr üzrə bazar araşdırmaları barədə analitik təqdimat edərək, İKT üzrə ixrac dinamikasının artırılmasının ölkənin qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbir çərçivəsində "Azərbaycanda İKT sənayesi və ixrac təcrübəsi" mövzusunda panel sessiyası da keçirilib. Yekunda texnopark rezidentlərinin iştirakı ilə şəbəkələşmə sessiyası baş tutub.

Qeyd edək ki, texnopark rezidentliyi çərçivəsində tətbiq olunan mənfəət vergisi, dividend gəlirləri, əmlak və torpaq vergiləri üzrə tətbiq olunan güzəştlər, eləcə də gəlir vergisi və sosial sığorta mexanizmlərinin sadələşdirilməsi biznes subyektlərinin maliyyə dayanıqlığını gücləndirir və onların daha sürətli inkişafına əlverişli şərait yaradır. Sözügedən imtiyazlar bütövlükdə ölkədə innovasiyaya əsaslanan və rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasına və inkişafına mühüm töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026
"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

18-09-2025
İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

23-08-2023
Pakistanın İKT şirkəti Azərbaycanda yerli kadrların işlə təmin edilməsində maraqlıdır

Pakistanın İKT şirkəti Azərbaycanda yerli kadrların işlə təmin edilməsində maraqlıdır

15-08-2023
Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025
İRİA nümayəndəsi: İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

İRİA nümayəndəsi: İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

13-12-2024
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində İsrail şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində İsrail şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

19-08-2023
Azərbaycan nümayəndə heyəti Silikon Vadisinə səfər edib

Azərbaycan nümayəndə heyəti Silikon Vadisinə səfər edib

25-07-2025
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəhbər vəzifəyə təyinat olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəhbər vəzifəyə təyinat olub

31-05-2023
Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

24-01-2023
YTP rezidentlərin sayını artıracaq

YTP rezidentlərin sayını artıracaq

06-01-2021
Nazir müavini Pakistanın “9D Technologies” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb

Nazir müavini Pakistanın “9D Technologies” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb

14-08-2023
“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

13-03-2025
Texnologiyalar parkına rezidentlik nə qazandırır?

Texnologiyalar parkına rezidentlik nə qazandırır?

10-02-2023
AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

03-12-2020
Azərbaycanda ilk Sənaye Mərkəzli Texnopark yaradılır

Azərbaycanda ilk Sənaye Mərkəzli Texnopark yaradılır

10-07-2015
Baş nazir Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub

Baş nazir Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub

11-06-2025
“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

10-06-2026
“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

22-04-2025
Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

09-06-2026
İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025
Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib

Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib

27-05-2025
Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

03-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə