Previous Next
Bağla

“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

05-06-2023 10:40
“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

“Adviad” MMC Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti oldu. Bundan əvvəl isə platforma Avropa Yenidənqurma və İnkişaf Bankının "Star Venture Program"ının qaliblərindən biri olub.

“Adviad” MMC 2018-ci ildə yaradılıb. Platforma digital reklamda AI (süni intellekt) istifadə edərək reklamların bir yerdən idarə edilməsinə imkan yaradır. 5 ölkədə 100-dən çox müştəriyə xidmət göstərən şirkətin əsas məqsədi Azərbaycanda və ölkədən kənarda reklam agentlikləri və brendlər üçün effektiv platformaya çevrilməkdir.

Məlumat üçün qeyd edək ki, Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınan “Adviad” MMC Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda rezidentlər üçün nəzərdə tutulan güzəştlərdən yararlana biləcək. Belə ki, şirkət 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunub. Bundan əlavə, MMC idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlərdən istifadə edəcək.

Xatırladaq ki, Pirallahı Yüksək Texnologiyalar Parkı Azərbaycan Prezidentinin Fərmanı ilə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarnın işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə yaradılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb

26-11-2020

Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

22-02-2021

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

03-12-2020

YTP rezidentlərin sayını artıracaq

06-01-2021

Pirallahı Yüksək Texnologiyalar Parkının rezidentləri seçilib

13-07-2020

“GoldenPay” ASC-nin layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib

03-03-2021

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016

AMEA Yüksək Texnologiyalar Parkının yaranmasından 5 il ötür

08-11-2021

Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

07-11-2020

Hazırda “Yüksək Texnologiyalar Parkı”nın formalaşdırılması üzrə təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır

14-06-2013

Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

04-11-2015

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

01-03-2023

Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

11-06-2015

Yüksək Texnologiyalar Parkının yeni loqsu təqdim olundu-Foto

24-11-2016

Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

14-09-2016

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019

Pirallahı YT Parkın inşasına başlanılıb - Reportaj

07-07-2015

"Google" xəritələrində Azərbaycan şəhər və kəndlərinin erməni dilində adları tam silinə bilər

11-01-2022

Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

25-12-2015

Xarici investorların Azərbaycana cəlb edilməsi üçün proqram hazırlanır

11-06-2018

Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

28-10-2015

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015

İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

18-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə