Previous Next
Bağla

Azərbaycanda virtual SIM kartlar tətbiq edilə bilər

24-12-2021 17:03
Azərbaycanda virtual SIM kartlar tətbiq edilə bilər

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkəti virtual SIM kartlar tətbiq edə bilər.

Xeberler.az bildirir ki, bunu APA-ya "Azercell"in Media ilə əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq bazarda mövcud olan ən qabaqcıl innovativ həllər şübhəsiz ki, Azərbaycanda da təqdim olunacaq və onların daxili bazarda təqdim olunmasında "Azercell" ilk növbədə maraqlıdır.

"İstifadəçilərimizin həyatını yaxşılaşdıracaq rəqəmsal həllərin müxtəlif səviyyələrdə tətbiqi bizim prioritetimizdir. Virtual SIM kartların tətbiqi təkcə "Azercell"dən asılı deyil. Burada dövlətlə tərəfdaşlığın böyük əhəmiyyəti var. Bu gün qanunvericilik hər bir istifadəçinin (SIM kart aldıqda) şəxsiyyətinin təsdiqini tələb edir. Virtual SIM kartların nə zaman tətbiq edəcəyimizi dəqiq söyləmək çətindir, lakin biz onu mütləq işə salacağıq. Hazırda "Azercell"in strategiyası rəqəmsallaşmaya əsaslanır və bu, bizim rəqəmsal strategiyamızın leytmotividir", - deyə N. Şıxlinskaya qeyd edib.

O həmçinin qeyd edib ki, gələcəkdə internet xidməti istifadəçilər üçün mümkün qədər əlçatan, hətta, ola bilsin, pulsuz olacaq.

"Bu sahənin ekspertləri hesab edirlər ki, internet pulsuz olacaq, həyat və texnologiya inkişafı bu istiqamətdə irəliləyir. Yalnız xidmətlərə tələbat olacaq, rabitə isə ünsiyyət üçün təbii əsas kimi istifadə ediləcək", - deyərək N. Şıxlinskaya əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!

20-04-2026

Bakcell eSIM istifadəyə verdi – Azərbaycanda ilk

01-06-2022

"Bakcell" virtual SİM-kartların tətbiqinə hazırlaşır

21-02-2022

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

21-12-2023

SIM kartsız iPhone modelləri artıq satışda

08-01-2015

Rabitə Nazirliyi qanunsuz telefon trafikini bloklayıb

27-07-2015

Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı

01-07-2022

ABB-eSİM xidməti istifadəyə verildi!

19-03-2026

Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

22-03-2016

Mobil qurğularda ənənəvi SİM-kartlar ləğv ediləcək

21-07-2015

Azercell Süni Zəka əsaslı Virtual Assistent xidmətini aktivləşdirib

15-11-2023

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009

Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

29-08-2022

Smartfon bazarında gələcəyin 10 texnologiyası bəlli olub

09-06-2016

"Azercell"dən "Facebook"a giriş pulsuz olur

19-03-2011

“Azercell-in bağlanacağı haqda xəbərlər həqiqəti əks etdirmir”

07-06-2016

Azercell “Super Fürsət” kampaniyasına başlayıb

23-03-2009

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Virtual kart tələbələrin istifadəsinə verildi - Azərbaycanda ilk

14-10-2015

Azercell-dən 6 ay ərzində hər ay pulsuz İnternet

17-03-2015

«Azercell» şirkəti yeni kampaniyaya başlayır

30-11-2009

“Azercell” nəhayət ki, 3G-nin tətbiqinə başlayır

18-11-2011

Anar Abbasov: Son aylarda Azercell LTE istifadəçilərinin sayı yüksək sürətlə artmaqdadır

30-05-2018

Bu gün Azercell-in ad günüdür

15-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə