Previous Next
Bağla

Azərbaycanda yeni İnkubasiya Mərkəzi yaradılıb

02-05-2018 12:35
Azərbaycanda yeni İnkubasiya Mərkəzi yaradılıb

Azərbaycanda startaplara dəstək məqsədi ilə daha bir İnkubasiya Mərkəzi fəaliyyətə başladı.

Xeberler.az bildirir ki, Technovate adlı inkubasiya mərkəzi sektordan yaxından tanıdığımız Golden Pay şirkətinin yaradıcısı Fərid İsmayılzadə tərəfindən yaradılıb.

Məlumat verdiyimiz kimi, aprelin 13-dən Fərid İsmayılzadə GoldenPay şirkətinin İdarə Heyətini tərk edib Müşahidə şurasına keçdi.

Yeni Mərkəz haqda danışan F. İsmayılzadə deyib ki, startaplara yalnız maddi yox, coaching və mentorship kimi xidmətlər də təqdim edəcək:

“Son bir ildir startaplara işlədim və belə qənatə gəldim ki, ölkəmizdə startaplara dəstək deyəndə onlara təkcə pul para, ofis vermək yox, məhz coaching, mentorship kimi xidmətlər də lazımdır. Beləcə qərar verdim ki, Tecnovate adlı bir inkubasiya mərkəzi yaradım”.

Fərid İsmayılzadə bildirirb ki, o, öz biliyini, təcrübəsini, yerli, qlobal əlaqələrini, pulunu qlobal potensiallı layihələr üçün açıq elan edir:

“Çalışacam ki, startaplarla birgə işləyib və 1-3 ilə ortalığa nəşə çıxardım. Təvəzökar səslənməyə bilər, amma bu aləmdə yaxşı təcrübəyə sahibəm və indi qlobal səviyyədə özümü sınamaq istəyirəm. Alınmaya bilər, amma ən azından çalışacam. Praktik olacağıq, təsisçilərlə az danışıb, çox iş görəcəyik”.

Qeyd edək ki, İnkubasiya Mərkəzi Globus Center-in 12-ci mərtəbəsində yerləşir. Mərkəzin ilk rezidentləri isə Frogo və Spinal layihəsidir.

Belə desək, yeni Mərkəzi Fərid İsmayılzadənin özü idarə edəcək. O, Golden Pay şirkətindən CEO olaraq ayrıldıqdan sonra Technovate-da startaplarla tək-tək işləyəcək, onlara istiqamət verəcək. Ona görə də Mərkəz həm də butik kimi təqdim edilib. Onu da bildirək ki, bu təcrübə ölkəmizdə ilkdir. 

Fərid İsmayılzadənin məlumatına görə, Mərkəzə qlobal potensialı olan istənilən layihə rəhbəri müraciət edə bilər:

“Özüm də aktiv şəkildə müxtəlif müsabiqələrdə iştirak edəcəm, xaricdən qonaqlar, spikerlər və sahə ilə bağlı digər mütəxəssislər dəvət edəcəm”.

 F.İsmayılzadənin ilk iş yeri məhz Silikon Vadisində inkubasiya mərkəzi olub.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABŞ şirkəti: "Azərbaycanda pullu insan çoxdur"

14-06-2022

Azercell-dən startapçılar üçün yeni layihə

23-09-2017

Fərid İsmayılzadə hədiyyə yarışı narazılığına aydınlıq gətirdi

13-03-2018

GoldenPay şirkətinə yeni səhmdarın qoşulması şirkətin inkişafına müsbət təsir edəcək

26-04-2021

Golden Pay şirkətində yeni təyinatlar olub

13-04-2018

Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıldı

05-10-2023

DMZ-in nümayəndə heyəti INNOLAND-də olublar

05-09-2019

Azərbaycanlı mələk investorlar qlobal startaplara yatırımlar edəcəklər

25-01-2024

Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

17-10-2025

Azərbaycanda ilk Sənaye Mərkəzli Texnopark yaradılır

10-07-2015

KoçSistem startap bazarına yeniliklər gətirir

08-12-2015

«Azərbaycan investorları startapa yatırım edərək böyük gəlir götürüblər»-Müsahibə

26-04-2022

UNEC Startap İnkubasiya Mərkəzi Qlobal İnnovasiya İnstitutunun Akkreditasiyasını qazanıb

16-10-2025

Hesab.az yeni funksiyasını test edir

18-03-2015

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022

İnnovasiya ekosisteminin inkişafı üçün “İNNOKLUB” yaradılıb

31-03-2021

"INNOLAND" İnkubasiya proqramı elan edir

08-06-2020

Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir

19-09-2024

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018

ADA Universitetində Startap və İnkubasiya Mərkəzi yaradılır

09-06-2017

Hesab.az -da kartları yadda saxlamaq mümkün oldu

06-04-2015

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

Azərbaycan startapları üçün daha bir imkan

27-01-2016

Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

19-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə