Previous Next
Bağla

Azərbaycanda zəif internet kabusu

04-03-2019 10:08
Azərbaycanda zəif internet kabusu

Əksər internet istifadəçiləri sürətin zəif olmasından, qiymətlərin bahalığından şikayətlənirlər…

Azərbaycanda son illər internetdə yaşanan problemlər düzəlmək bilmir. Sosial şəbəkələrdən də görmək olur ki, əksər internet istifadəçiləri sürətin zəif olmasından, qiymətlərin bahalığından şikayətlənirlər. Özəl provayderlərin belə satdıqları internet, müştərinin ödədiyi vəsaitə uyğun sürətdə deyil.

İstifadəçi hüquqları kobud şəkildə pozulur. Ayın əvvəlindən tarifə uyğun olaraq istifadəçidən ödənişi tələb edən provayderlər, istifadəçini tarifdə qeyd olunan sürətə uyğun internetlə təmin edə bilmir. Gün ərzində internetin kəsilməsi, sürətin zəifləməsi isə tarifin bitmə tarixinə təsir etmir. Misal üçün 30 günlük limitsiz internet tarifi sonuncu gün provayder tərəfindən dayandırılır. İstifadəçidən yenidən internet almaq üçün təkrar ödəniş etmək tələb olunur. Ancaq sürətdə problem yenə də qalır.

Xeberler.az  bildirir ki, “Yeni Müsavat” çoxsaylı şikayətləri nəzərə alaraq məsələylə bağlı araşdırma aparıb. İlk olaraq qeyd edək ki, ölkəyə internetin 80 faizini “Delta-Telekom”, 20 faizini isə “Azərtelekom” verir. Mütəxəssislər bildirirlər ki, əslində “Delta-Telekom”un paylayıcı nöqtəsi bir deyil, iki olmalıdır. Onlar şəhərin müxtəlif yerlərində quraşdırılmalı və bir-biri ilə əlaqələndirilməlidir. Lakin hələ də belə bir sistem mövcud deyil. Ona görə də hansısa qəza baş verən zaman ya internet birdəfəlik kəsilir, ya da sürəti aşağı düşür.

İnternet provayderlərindən birində çalışan, lakin adının çəkilməsini istəməyən şəxsdən aldığımız məlumata görə, son zamanlar ölkədə internet probleminin yaşanmasının səbəbi “Bakinternet”in həddindən artıq yüklənilməsidir. Mənbə bildirir ki, özəl şirkətlərin xidməti məhdudlaşdırılır. Səbəb isə “Bakinternet”in daha çox qazanc əldə etməsidir: “Lakin qurğular köhnə olduğu üçün yüklənməni qaldırmaq çətinləşir. Bunun üçün də internetdə problemlər yaşanır. Problemi aradan qaldırmaq üçün qurğular yenilənməlidir”.
 
Məlumatlı mənbə qeyd edib ki, hazırda ölkədə internetin bu vəziyyətdə olmasının əsas səbəbkarı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) və “Azərtelekom”dur: “Ölkədə real vəziyyət bundan ibarətdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyi də konkret olaraq digər provayderlərə ögey münasibət sərgiləyir. Yəni nazirlik əsasən yuxarıda adlarını çəkdiyimiz BTRİB və ”Azərtelekom”u himayəsi altına alıb və onların monopolist fəaliyyətinə göz yumur. Məsələ budur ki, internetin konkret alınma miqdarı var. Əgər hansısa müəssisəyə və ya abonentə 1 meqabit internet çəkilməlidirsə, bu gün qeyd etdiyimiz sürət iki nəfər üçün nəzərdə tutulur. Düşünürlər ki, iki nəfərə 1 meqabit verək, biri işlətməyəndə, digəri işlədəcək. Ona görə də xüsusilə, axşam saatlarında insanlar internetin sürətinin aşağı olmasından şikayətlənirlər. Özəl provayderlər ona görə yaxşı işləmirlər ki, hamısı sıxışdırılır və lazımınca vəsaitləri yoxdur. Özəl provayder bu gün bilmir ki, sabah başına nə gələcək. Qeyd etdiyimiz səbəbdən də əksər provayder şirkətlər əlavə yatırımlar edib, texnologiyalarını yeniləmirlər.
 
Eyni zamanda müştəri də tapmaqda çətinlik çəkirlər. Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də işi lazımınca qura bilmir. Əvvəla ona görə ki, yeni nazir gəldikdən sonra şəbəkədə fəaliyyət göstərən, işi bilən, illərin rabitəçiləri işdən kənarlaşdırıldı. Onların yerinə filoloqlar, hüquqşünaslar və digər bu kimi texniki sahəyə aidiyyəti olmayan işçilər gətirildi. Bu gün nazirlikdə elə insanlar işləyirlər ki, onların çoxunun internet şəbəkəsinin necə qurulmasından, nə olmasından xəbərləri yoxdur. Vəziyyət həm də bu səbəbdən belə acınacaqlıdır və ildən-ilə də daha da gərginləşəcək. Çünki hansısa ciddi işlər görülmür, zamanın tələbləri ilə ayaqlaşdırılan yeniliklər edilmir. BTRİB, “Aztelekom” interneti yuxarıda adlarını çəkdiyimiz “Delta-Telekom” və “Azərtelekom”dan alır. Hansısa özəl şirkətə vətəndaş müraciət edir ki, onu internetlə təmin etsin. Bu zaman şirkət “Delta-Telekom” və “Azərtelekom”la müqavilə bağlayır ki, ona misal üçün 100 meqabit internet versin. Özəl şirkət müraciət edəni internetlə təmin etmək üçün təbii ki, kabel qurmalıdır. Bu şəbəkəni isə BTRİB öz monopoliyasına alıb. İcazə vermir ki, şirkət kabel çəksin. İnterneti almağa o şərtlə icazə verir ki, kabeli özü çəksin. Əgər kabelin qiyməti 1 manatdırsa, 15 manat alırlar. Kabel çəkiləndən də sonra sən birbaşa “Delta-Telekom”a qoşula bilmirsən. Yenə də BTRİB deyir ki, qoşul bizə, biz özümüz interneti alıb, sənə sataq. Bu dəfə də 1 manata aldığı interneti şirkətə 3 manata satır. Ona görə də bu gün qiymətlər belə bahadır. Həmçinin BTRİB, istifadəçi sayı artsa da, “Delta-Telekom”dan əlavə internet almır. Əlində olanları bölüşdürür. Ona görə də internet ölkədə bu vəziyyətdədir”.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

04-09-2009

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015

“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019

İntenet qiymətləri düşücəkmi???

23-06-2011

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016

Azərbaycanda internet qiymətləri hələ də baha olaraq qalır

10-09-2009

Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

14-01-2016

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

16-05-2020

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015

Azərbaycanda internet baha və keyfiyyətsizdir

02-07-2018

Ölkədə internet istifadəsində yaranan problemlər

06-10-2018

Nə üçün nazir AzTelekom və BTRİB-i ciddi tənqid edib?

28-01-2015

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə