Previous Next
Bağla

Ölkədə internet istifadəsində yaranan problemlər

06-10-2018 10:27
Ölkədə internet istifadəsində yaranan problemlər

"Əgər pravayder 24 saat internet satırsa, deməli müştərinin 24 saat servis xidməti də göstərməlidir"

Müasir insanları internetsiz təsəvvür etmək mümkün deyil. Xüsusilə bəzi peşə sahibləri var ki, onların işləri məhz internet üzərində qurulub. Amma ölkəmizdə bir çox provayderlərin fəaliyyəti müştərilərini qane etmir. Belə ki, ödəniş bitəndən 1 neçə dəqiqə sonra interneti kəsərək müştəriyə güzəştə getməyən internet provayderlər, bunun müqabilində heç də lazımi xidmət göstərmir.

Xeberler.az  bildirir ki, belə bir şikayətlə Sputnik Azərbaycan-a müraciət edən vətəndaş Tural Məmmədovun sözlərinə görə, bir müddət öncəcəyədək abunəçisi olduğu provayderin xidmətindən və təqdim etdiyi internetin keyfiyyətindən narazı qalaraq başqa provayderə müraciət edib: "Qərara gəldim ki, "Ailə TV"-yə keçim və təxminən 2 həftə əvvəl keçdim. Lakin elə ilk gündən problemlər başladı, az qala, hər gün mənzilimizə verilən internet kəsildi, günlərlə internetsiz qaldıq".

Vətəndaşın sözlərinə görə, ən acınacaqlısı isə, problemlə əlaqədar provayderin 920 "qaynar xətt" xidmətinin fəaliyyəti ilə bağlıdır: "Mən iş adamıyam, xanımım da, həmçinin. Gün ərzində evdə olmuruq. Axşam 7-dən sonra evə gəlirik və bəlli olur ki, internet yoxdur. Zəng edirəm ki, 920-yə ki, belə bir problemlə üzləşmişik. Standart və ağılasığmaz cavab verirlər: "Bizim texniki heyətin iş vaxtı saat 18.00-da bitir, indi heç bir kömək edə bilmərik, yalnız gündüz vaxtlarında problemin həlli mümkündür". Nə qədər izah etsən də ki, axı, gündüz evdə adam olmur, üstəlik niyə sizin nöqsanınız üzündən bu gecə internetsiz qalmalıyıq, təəssüfdən başqa heç bir cavab almırsan".

"İnanın, əsəblərimiz tamam korlanıb, hər gün bu problem üzündən stress yaşayırıq. Sanki, öz pulumuzla stress satın alırıq. Yaxşı, dərdini kimə deyəsən? Ümumiyyətlə, özəl provayderlərə nəzarət edən, nöqsanları aradan qaldırmalarını tələb edən, vətəndaşın şikayətini deyə biləcəyi bir qurum varmı. Belə çıxır ki, yoxdur və yoxdursa, biabırçılıqdır" — deyə vətəndaş bildirib.

Sputnik Azərbaycan şikayətlə bağlı "Ailə TV"-nin marketinq və PR meneceri Sabir Məşədizadə ilə əlaqə saxlayıb. Onun da cavabından belə məlum olub ki, şirkət 24 saat texniki xidmət göstərmək iqtidarında deyil.

"Təəssüf ki, bu, mümkün deyil. Belə-bir təcrübə heç bir kabel televiziyası operatoru və eyni zamanda, telekommunikasiya sahəsində xidmət göstərən operatorda tətbiq olunmur. Əgər abunəçinin internetində qeyri-iş vaxtı problem yaranarsa, növbəti iş günü əməkdaşlarımız yaxınlaşıb köməklik göstərirlər. Biz, eyni zamanda, şənbə-bazar və bayram günləri də çalışırıq".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz saytımıza şərhində bildirib ki, provayderlərdə yaranan problem təkcə bununla bitmir: "Məsələn, müqavilə ilə müştəriyə 2 meqabayt internet xətti verilməlidirsə, bundan az meqabayt verilir. Çünki provayderlər özləri "Delta Telekom" və "Azərtelekom"dan internet alır və müştərilərinə paylayır".

"Həmçinin, müştəri çox olduğundan provayder mərkəzdən aldığı interneti pik saatlarda paylayanda müştərilərin internetindən istifadəsində problem yaranır. Çünki provayder əsas provayderdən lazım olan qədər internet almır, əlində olan interneti isə daha çox müştəriyə satır. Nəticədə də bəzən pik saatlarda müştərilərin internetində problem yaranır, hətta internet saatlarla kəsilir" — O.Gündüz vurğulayıb.

"O ki qaldı pravayderlərin 24 saat xidmət göstərməməsinə, bu, doğru hal deyil. Əgər pravayder 24 saat internet satırsa, deməli müştərinin 24 saat servis xidməti də göstərməlidir. Əks halda onların göstərdikləri xidmət deyil. Provayderlər xidmətə başlayarkən, bunları nəzərə almalıdır. Əks halda, onların xidmətləri yarımçıqdır" — deyə ekspert əlavə edib.




ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Aztelekom abunəçiləri şirkətdən narazıdır

Aztelekom abunəçiləri şirkətdən narazıdır

21-05-2018
İnternet xidməti üzrə “öncədən ödəmə” sisteminin tətbiqi nə qədər ədalətlidir?

İnternet xidməti üzrə “öncədən ödəmə” sisteminin tətbiqi nə qədər ədalətlidir?

26-12-2020
Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020
Data Plus istifadəçilərə kompensasiya verəcək

Data Plus istifadəçilərə kompensasiya verəcək

01-11-2017
İnternet trafiki nə vaxt daha sıx və seyrək olur?

İnternet trafiki nə vaxt daha sıx və seyrək olur?

05-09-2009
Hansı provayderlər Ailə TV -ni bloklayıb ?

Hansı provayderlər Ailə TV -ni bloklayıb ?

04-05-2015
“Provayder istifadəçiyə sürətli internet verməyə borcludur”

“Provayder istifadəçiyə sürətli internet verməyə borcludur”

30-10-2014
İnterneti kimdən alaq-özəl, yoxsa dövlət provayderindən?

İnterneti kimdən alaq-özəl, yoxsa dövlət provayderindən?

18-04-2018
Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020
Azərbaycanda zəif internet kabusu

Azərbaycanda zəif internet kabusu

04-03-2019
İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021
Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

14-03-2016
Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

23-01-2023
Nazirlikdən ittihamlara cavab: - “Qiymət bizlik deyil"

Nazirlikdən ittihamlara cavab: - “Qiymət bizlik deyil"

19-05-2020
Azərbaycanda internet kəsilə bilərmi?

Azərbaycanda internet kəsilə bilərmi?

26-10-2017
Azərbaycanda internet niyə zəifdir?

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018
Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

16-05-2020
Çəkidə aldadan internet şirkətləri

Çəkidə aldadan internet şirkətləri

10-07-2019
Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022
Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

01-06-2015
WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015
“İnternetin ölkəyə girişi baha olduğu üçün biz də baha satırıq” - Müsahibə

“İnternetin ölkəyə girişi baha olduğu üçün biz də baha satırıq” - Müsahibə

04-02-2015
İnternet tarifləri aşağı salınacaqmı?

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019
CityNet problemə aydınlıq gətirib

CityNet problemə aydınlıq gətirib

15-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə