Previous Next
Bağla

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015 12:43
Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

Son günlərdə  məlumat vermişdik ki, yerli provayderlərin ölkənin əsas internet təchizatçısı olan Delta Telecom-a külli miqdarda borcu yaranıb. Bu səbədən də adı çəkilən şirkət beynəlxalq telekommunikasiya operatorları ilə ödənişləri edə bilmədiyindən ölkədə internetin kəsilməsi ehtimalı yaranıb.

Təkcə dörd dövlət provayderinin Delta Telecom-a 10 milyon manatadək borcu olduğu bildirilirdi.

Xeberler.az bu məsələni proveydərlərlə dəqiqləşdirib ki, həqiqətən də onların iddia olunan məbləğdə borcları varmı və bu borcalarını ödəyirlərmi?

Ölkənin 35 faiz internet bazarına nəzarət edən Bakinternet dövlət provayderinin borcunun olması ilə maraqlandıq.

Bakı Telefon Rabitəsi  İstehsalat  Birliyindən Xeberler.az-a verilən məlumata görə, onların həqiqətən də Delta Telecom-a böyük məbləğdə borcu olub. Bu borclar isə uzun müddət ödənişlərin edilməməsi səbəbindən yaranıb.
Məlumatda qeyd edilib ki, hazrda bu borcların ödənilməsinə başlanıb. Artıq məbləğin bir hissəsi  ödənilib.

Ölkənin internet bazarının 10 faizdən də çox hissəsinə nəzarət edən daha bir dövlət provayderi  Aztelekom  da Xeberler.az-a Delta Telecoma-a borclarının olduğunu təsdiqləyib.

Onlar da istifadəçilər tərəfindən ödənişlərin gecikməsi ilə bağlı uzun müddət Delta Telecoma-a olan borcların ödənilməsində problemlərin olduğunu bildirib.

Qurumdan məlumat verilib ki, hazırda bu borcların ödənilməsi davam edir.

SAZZ şirkətindən isə onların az məbləğdə borclarının olmasını bildiriblər.

Qeyd edilib ki, şirkət hər ay  ödənişi vaxtında edib .  Bildirilib ki, ola bilər ki, yalnız bir neçə ayın ödənişi qalsın.

 Digər provayder Azeurotel ilə məsələ ilə bağlı əlaqə saxlamağa  çalışsaq da, mümkün olmayıb.

Delta Telecom-dan aldığımız məlumata görə , digər özəl provayderlərin də bu quruma milyonlarla manat borcu yaranıb.

 Hazırda borcların ödənilməsi istiqamətində işlərin aparıldığı qeyd edilib.

Ötən  yazılarımızda məlumat vermişdik ki  “doğma provayderlər” də də internet ödənişləri ilə bağlı ciddi problemlər olub . Belə ki ,əldə etdiyimiz məlumata görə, dövlət operatorlarının himayədarlığı altında fəaliyyət göstərən bəzi doğma provayderlərin interneti Delta Telekom-dan deyil , ödənişsiz olara elə dövlət operatorlarından alması ilə bağlı şübhələr olub.

Hazırda  Rabitə və Yüksək Texnologiyalar Naziriliyində aparılan yoxlamalar çərçivəsində də bu problemlərin ortaya çıxdığı bildirilir və onlara qarşı  öz dövriyyələrinə uyğun  ödənişlərin edilməsi ilə bağlı tələblərin irəli sürüləcəyi gözlənilir.

Borcların ödənilməyə başlaması düşünməyə əsas verir ki, qarşıdakı müddətdə ölkədə maliyyə problemləri ilə bağlı internetdə hər hansı kəsilmələr olmayacaq. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

04-08-2016

Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

14-01-2016

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017

Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

25-12-2015

“Doğma provayderlər” interneti kimdən pulsuz alırmış?

28-12-2015

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

Provayderlər qiymətləri qaldırdı

25-01-2016

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015

Delta Telecom 24,6 milyon dollar həcmində LTE avadanlıq alır

26-12-2015

Azərbaycanda istifadə olunan internet-trafikin həcmi artıb

18-01-2016

Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

14-03-2016

Azərbaycan internetində nə baş verib?

04-08-2016

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə