Previous Next
Bağla

Ekspert: Mobil telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır

04-06-2026 19:25
Ekspert: Mobil telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz rəqəmsal kriminalistika və rəqəmsal insan hüquqları ilə bağlı mühüm məsələləri gündəmə gətirib. O, mobil telefon və kompüterlərdə aparılan araşdırmalar zamanı hüquqi təminatların və məhkəmə nəzarətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Xeberler.az məlumat verir ki, ekspert bununla bağlı fikirlərini Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki UniversitetiAzərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən təşkil olunan “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” mövzusunda respublika elmi-praktiki konfransında səsləndirib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanın kiber ekosistemi əhəmiyyətli inkişaf yolu keçib. Yeni infrastruktur formalaşıb, institusional dəyişikliklər baş verib, beynəlxalq təşkilatlarda təmsilçilik genişlənib və qlobal reytinqlərdə irəliləyişlər əldə olunub.

Osman Gündüz qeyd edib ki, elektron verilənlərin və rəqəmsal sübutların qanunvericiliyə daxil edilməsi kibercinayətlərlə mübarizə və rəqəmsal hadisələrin araşdırılması baxımından mühüm addım olub. Bununla yanaşı, rəqəmsal kriminalistikanın inkişafı ilə rəqəmsal insan hüquqlarının qorunması paralel şəkildə təmin edilməlidir.

Ekspert diqqətə çatdırıb ki, müasir dövrdə insanların şəxsi və peşə həyatı, yazışmaları, şəkilləri, sənədləri və maliyyə məlumatları əsasən mobil telefon və kompüterlərdə saxlanılır. Bu səbəbdən evdə axtarış üçün məhkəmə qərarı tələb olunduğu kimi, mobil telefonlarda aparılan araşdırmalar üçün də hüquqi mexanizmlərin təkmilləşdirilməsi zərurəti yaranır.

“Əgər artıq evdəki şəxsi məlumatlardan daha çoxu telefondadırsa, onda telefonda axtarış üçün məhkəmə qərarının olması məntiqli olmazdımı?” – deyə ekspert sual edib.

Onun fikrincə, şəxsin saxlanılması avtomatik olaraq onun mobil telefonunun məzmununun araşdırılması hüququnu verməməlidir. Bu sahədə həm vətəndaş hüquqları, həm də hüquqi prosedurlar aydın şəkildə tənzimlənməlidir.

Osman Gündüz rəqəmsal sübutların etibarlılığı məsələsinə də toxunaraq bildirib ki, kompüter və ya telefon sübut kimi götürüldükdə vətəndaş həmin məlumatlarda sonradan dəyişiklik edilmədiyinə əmin olmalıdır. Bunun üçün beynəlxalq praktikada tətbiq olunan rəqəmsal sübutların əldə olunması, surətinin çıxarılması, saxlanılması, ekspertizası və məhkəməyə təqdim edilməsi prosedurlarının Azərbaycanda da formalaşdırılması vacibdir.

Ekspert hesab edir ki, qanunvericilikdə rəqəmsal sübutlarla bağlı atılan addımların növbəti mərhələsi rəqəmsal kriminalistika laboratoriyalarının yaradılması, müstəqil ekspertiza imkanlarının genişləndirilməsi və beynəlxalq standartlara uyğun prosedurların tətbiqi olmalıdır.

Onun sözlərinə görə, rəqəmsal transformasiya dərinləşdikcə kibertəhlükəsizlik, rəqəmsal kriminalistika və rəqəmsal insan hüquqları bir-birini tamamlayan istiqamətlər kimi inkişaf etməli, güclü rəqəmsal dövlət həm texnologiyalar, həm də vətəndaşların hüquqlarını qoruyan etibarlı mexanizmlər üzərində qurulmalıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

10-06-2026
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

30-01-2026
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistika üzrə konfrans keçiriləcək

Kibertəhlükəsizlik və rəqəmsal kriminalistika üzrə konfrans keçiriləcək

17-03-2026
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026
DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"

DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"

03-02-2026
İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

24-06-2026
Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026
Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

12-03-2026
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026
Rəqəmsal irs problemləri araşdırılır

Rəqəmsal irs problemləri araşdırılır

02-03-2017
"Rəqəmsal kriminalistikada mütəxəssis çatışmazlığı var"

"Rəqəmsal kriminalistikada mütəxəssis çatışmazlığı var"

13-04-2026
Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

22-06-2026
Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

18-06-2026
Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

18-01-2018
"Kiber İnsidentlərə Müdaxilə" tədbiri keçirilib

"Kiber İnsidentlərə Müdaxilə" tədbiri keçirilib

13-04-2026
Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

11-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə