Previous Next
Bağla

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016 21:40
Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

Microsoft şirkəti yeni iş mövsümü ərəfəsində Azərbaycanda kiberhücumların artdığını vurğulayır.

Digital.Report yazır ki, şirkətin yaydığı məlumatda bildirilir ki, Proqram Təminatı İstehsalçıları Assosiasiyasının (BSA) apardığı araşdırmalarının nəticələrinə görə, Azərbaycanda istifadə edilən proqram təminatının (PT) 84%-i lisenziyasızdır (qanunsuz), ölkədə piratçılığın səviyyəsi isə yüksək olaraq qalır.

Microsoft bildirir ki, korporativ fərdi kompüterlərə, veb-səhifələrə və şirkətlərin İT - şəbəkələrinə hücumlar Azərbaycanda tez-tez müşahidə edilən hala çevrilib. Lakin azərbaycanlı istifadəçilər də pirat proqram təminatından istifadə etməyə davam edirlər. BSA-nın "2016 Global Software Survey" adlı tədqiqatı göstərir ki, 2015-ci ildə ölkədə quraşdırılan soft proqramların 84%-i lisenziyasız olub. Eyni zamanda, quraşdırılan pirat PT-nin dünya üzrə orta göstəricisi 39% təşkil edir.

"Kibercinayətkarlıq qanunsuz PT-nin istifadə edilməsi ilə sıx bağlıdır. Yeni mövsümün başlanğıcında yeni haker proqramları yaradılır. Bunlar isə gündəlik minlərlə kiberhücumlar deməkdir. Məsələn, MDB-də ən geniş yayılmış pirat proqramı Windows Zver hesab edilir. Bu proqramda bədəməllər tərəfindən 63 fərqli "ziyanverici" yerləşdirilir. Bununla bərabər, Group-IB-nin tədqiqatlarında isə deyilir ki, Windows-u pulsuz yükləmək sorğusu üzrə casus-proqramı yükləmək ehtimalı isə 92% təşkil edir", - deyə Microsoft-un MDB ölkələrində proqram aktivlərinin idarə edilməsi və lisenziyalaşdırma şərtlərinə riayət etmənin yoxlanılması üzrə direktoru Dmitri Beresnev bildirib.

B2B International tədqiqatlarının nəticələrində isə qeyd edilir ki, bu ilin ilk 6 ayında Azərbaycanda korporativ şəbəkəyə qoşulan hər bir komputer 5 dəfə kiberhücuma məruz qalıb. Bu isə ötən illə müqayisədə iki dəfə çoxdur. Postsovet məkanında biznes şirkətlərin 90%-dən çoxu ən azı bir dəfə kiberhücumla üzləşib, istifadəçilərin 80%-nə isə ziyan dəyib. Bütövlükdə, dünyada ötən il ərzində hər gün təxminən 1 mln. yeni kiberhücumlar qeydə alınıb. Onlar biznesə 400 mlrd. dollar ziyan vurublar.

Microsoft-un mütəxəssisləri qeyd edirlər ki, artan kiberhücumlar təkcə ayrı-ayrı biznes-şirkətlərə deyil, həm də bütövlükdə Azərbaycanın maliyyə sektoru üçün zərərlidir. Hakerlərin hücum etdikləri şirkətlərin 1/3-i energetika, telekommunikasiya, müdafiə sənayesi, tikinti, nəqliyyat sahələrini əhatə edir. Bu cür obyektlərin İT şöbələrinə hücumlar təkcə şirkətləri deyil, həm də dövlətin infrastruktunu riskə məruz qoyur. D.Beresnev hesab edir ki, yalnız lisenziyalı proqram məhsulları fərdi məlumatları kiberhücumlardan qoruya və oğurluq riskini azalda bilər.(Report)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016

Azərbaycanda kibertəhlükələr artır- Microsoft xəbərdarlıq edir

11-03-2016

Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

30-10-2017

Microsoft Azərbaycan bankının kompüter avadanlığını yoxlayıb

09-03-2018

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012

“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

08-03-2021

Kiberhücumlar nəticəsində alman şirkətləri milyardlarla avro itirib

30-08-2024

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

23-04-2014

Kiberhücuma məruz qalmış az. kodlu resursların sayı açıqlanıb

26-01-2023

Çinli hakerlər Britaniyanın kritik infrastruktur şəbəkələrinə kiberhücumlar edib

16-10-2024

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

Kiberhücumlarla mübarizəyə 15 milyon dollar xərclənir

08-10-2015

Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

07-06-2018

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017

Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

01-09-2023

Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

02-09-2023

“Azərbaycan lisenziyalı İT həllərinə görə regionda liderdir”

18-04-2016

Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

28-11-2016

XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

26-10-2023

"Microsoft": Kiberhücumlarda artım müşahidə olunur

22-10-2024

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

Hər gün 225 mindən çox yeni zərərli proqram qeydə alınır

08-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə