Azərbaycanlı elmi işçisinin nüfuzlu “Applied Energy” jurnalı ilə əməkdaşlığı yüksək qiymətləndirilib

11-04-2023 / 11:45

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə “Applied Energy” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal enerjinin çevrilməsi və saxlanması, enerji resurslarından optimal istifadə, enerji proseslərinin analizi və optimallaşdırılması, ətraf mühitin çirklənməsinin azaldılması və dayanıqlı enerji sistemləri sahəsində innovasiya və araşdırmalar barədə informasiyanın təqdim olunması üçün forum rolunu oynayır. Nüfuzlu nəşrdə orijinal məqalələr, texniki qeydlər və redaksiyaya məktublar dərc olunur. Jurnalın mövzusu innovativ texnologiyalar və bərpa olunan enerji mənbələrindən tutmuş, enerjidən ətraf mühitə təsirsiz və ya az təsirli istifadəyə qədər sahələri əhatə edir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 11.446

5-Year Impact Factor: 11.268

Source Normalized Impact per Paper (SNIP): 2.652

CiteScore: 20.4

SCImago Journal Rank (SJR): 3.062


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə