Previous Next
Bağla

Süni intellekt alqoritmlərindən istifadə etməklə rəqəmsal irs sahəsində mühüm nəticə əldə olunub

05-08-2020 12:53
Süni intellekt alqoritmlərindən istifadə etməklə rəqəmsal irs sahəsində mühüm nəticə əldə olunub

Xeberler.az bildirir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova və Kanadanın “Thinking Capital” şirkətinin Risklərin analitikası və modelləşdirilməsi (Risk Analytics and Modeling) üzrə direktoru Rəhim Abbaslının birgə hazırladığı “Advancement of the search process for Digital Heritage by utilizing artificial intelligence algorithms” (“Süni intellekt alqoritmlərindən istifadə etməklə Rəqəmsal İrs sahəsində axtarış prosesinin təkmilləşdirilməsi”) adlı məqalə “Expert Systems with Applications” beynəlxalq jurnalında dərc olunub.

Məqalə rəqəmsal irs sahəsində süni intellekt alqoritmlərindən istifadə etməklə böyük həcmli rəqəmsal verilənlərdə səmərəli axtarışın aparılması probleminə həsr olunmuşdur. Məlumdur ki, rəqəmsal materiallar fasiləsiz artan, müxtəlif formatlarda təqdim edilən mətn sənədləri, verilənlər bazası, təsvirlər, səsli və qrafik materiallar, eləcə də proqram təminatı və veb-səhifələrdən ibarətdir. Rəqəmsal informasiyanın sürətli artımı, verilənlərin müxtəlifliyi, unikal verilənlər strukturunun vaxtında analiz edilməsi, onun daha uyğun, dolğun axtarışı və emalı zərurətini yaratmışdır. Bu məqsədlə məqalədə qeyri-ənənəvi verilənlər strukturuna malik böyük həcmli verilənlərin emalı zamanı süni intellektə əsaslanan alqoritmlərin xüsusiyyətləri analiz olunmuşdur. Müəyyən edilmişdir ki, axtarışın keyfiyyətinin yaxşılaşdırılması, verilənlərin həcminin böyüklüyü, istifadəçi sorğularının axınının intensivliyi ilə bağlı məsələlərin həlli zamanı süni intellektə əsaslanan alqoritmlərdən istifadə olunması vacibdir.

Tədqiqat işində nəzarət olunan (Supervised Machine Learning), nəzarət olunmayan (Unsupervised Machine Learning Algorithms), yarım-nəzarət olunan (Semi-supervised algorithms) maşın təlimi alqoritmləri təhlil olunmuş, onların müqayisəli təhlili aparılmış, üstün və çatışmayan cəhətləri göstərilmişdir. Axtarış sisteminin konseptual modeli işlənmişdir. Məqalədə rəqəmsal irs sahəsində böyük həcmli rəqəmsal verilənlərdə axtarışın effektivliyinin artırılması üçün neyron şəbəkəyə əsaslanan yeni metod təklif olunmuşdur (Neural Foresting).

Eksperimentin nəticələri göstərir ki, təklif olunan metod axtarışın keyfiyyətinin yaxşılaşdırılması, verilənlərin həcminin böyüklüyü, istifadəçi sorğularının axınının intensivliyi, axtarışın istifadəçinin niyyətinə uyğunluğu ilə bağlı məsələlərin həlli zamanı geniş perspektivlərə malikdir.

Qeyd edək ki, “Expert Systems with Applications” kompüter elmləri sahəsində dünyanın ən nüfuzlu jurnalları siyahısına daxildir. Həm “Web of Science”, həm də “Scopus” bazasında Q1 sinfinə daxil olan jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 4.292

CiteScore: 6.36

5-Year Impact Factor: 4.577

Source Normalized Impact per Paper (SNIP): 2.696

SCImago Journal Rank (SJR): 1.190

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı elmi işçisinin nüfuzlu “Applied Energy” jurnalı ilə əməkdaşlığı yüksək qiymətləndirilib

11-04-2023

Veb-səhifələrin ranqlaşdırılması ilə bağlı yeni yanaşma təklif edilib

25-07-2025

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025

Azərbaycan aliminin məqaləsi “Soft Computing” jurnalında dərc olunub

17-03-2023

Kiberfiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqinə dair tədqiqat aparılıb

04-09-2024

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017

“Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcək

13-05-2015

Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

29-10-2015

Bakıda Big Data Day keçiriləcək

14-03-2016

Bulud resursları ilə bağlı yeni model təklif olunub

28-03-2023

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

İnformasiya axtarışı sistemlərinin intellektuallaşdırılması metodu təklif olunub

25-11-2024

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023

Proqram mühəndisliyi və Data Science

19-05-2017

PUA-ları hədəf alan kiberhücumların aşkarlanması üçün yeni yanaşma təklif olunub

19-09-2024

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

28-04-2025

Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20-04-2026

İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

16-12-2025

“Əşyaların interneti” çərçivəsində sensor şəbəkələrinin elmi-texniki problemləri təhlil edilib

13-11-2025

Azərbaycan məşhur rəqəmsal kitabxanaya çıxış əldə edib

14-12-2022

Ölkədə texnologiya ilə bağlı hansı qrant layihələr olub?-Hesabat

27-04-2018

Zəlzələlərin arxivi AzScienceNet-in Data Mərkəzində yerləşdirilib

13-02-2016

Rəqəmsal irs problemləri araşdırılır

02-03-2017

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə