Previous Next
Bağla

Huawei azərbaycanlı tələbələr üçün proqram elan edir

30-05-2017 11:50
Huawei azərbaycanlı tələbələr üçün proqram elan edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Huawei şirkəti informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə marağı olan istedadlı gəncləri kəşf etmək, eləcə də onların bilik və bacarıqlarını təkmilləşdirmək üçün “Seeds for the Future” proqramına start verir.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, Bu proqram, tələbələrin İKT bacarıqlarını inkişaf etdirmək və biliyin ötürülməsi prosesini sürətləndirməyə hədəflənib.

Proqram çərçivəsində mütəxəssislərdən ibarət Münsiflər Heyəti İKT sahəsində müəyyən biliyə malik ən yaxşı 10 tələbəni seçəcək, daha sonra isə onların  Çin Xalq Respublikasına səfəri təşkil ediləcək.

Çində iki həftəlik proqramda iştirak etmək şansı qazananlar Pekində vaxt keçirməklə yanaşı, Çin mədəniyyətini öyrənmək və tarixi yerləri ziyarət etmək imkanından da yararlanacaqlar.

Daha sonra, tələbələr dünyanın nəhəng İT şirkətlərindən hesab olunan Huawei-nin Şencen şəhərində yerləşən baş ofisində ən son texnoloji yeniliklər barədə məlumat ala biləcəklər.

Eyni zamanda, onlar İKT üzrə təlim kurslarına qatılacaq.

Huawei-nin məqsədi, İKT sahəsi üzrə bacarıqlı tələbələrin biliklərini Çində daha  da təkmilləşdirmək və Azərbaycan universitetləri ilə əməkdaşlıq edərək yerli İKT təlim proqramları həyata keçirməkdir.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Huawei şirkətinin Pekində yerləşən Sərgi mərkəzini ziyarəti zamanı  Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (IKT) inkişafında Huawei-in həlledici rolu olduğunu qeyd edib.

Azərbaycan hökuməti eyni zamanda, gəncləri qlobal təcrübə toplamağa və beynəlxalq əlaqələri gücləndirməyə cəsarətləndirmək arzusundadır.

 Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı gənclər Huawei-də təcrübə keçəcək

Azərbaycanlı gənclər Huawei-də təcrübə keçəcək

31-10-2019
İKT biliyinə malik ən yaxşı 10 tələbə Çində təlimlərə göndərilir

İKT biliyinə malik ən yaxşı 10 tələbə Çində təlimlərə göndərilir

22-11-2018
Azərbaycanlı tələbələr Huawei Yay düşərgəsində iştirak edəcəklər

Azərbaycanlı tələbələr Huawei Yay düşərgəsində iştirak edəcəklər

05-08-2025
Huawei  Naxçıvanda  İKT ilə bağlı layihə həyata keçirib

Huawei Naxçıvanda İKT ilə bağlı layihə həyata keçirib

23-05-2016
BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

10-08-2022
ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

13-02-2026
Naxçıvanlı tələbələr Huawei-nin yay təlim toplantısında olublar

Naxçıvanlı tələbələr Huawei-nin yay təlim toplantısında olublar

26-07-2019
Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

07-07-2017
AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022
Azərbaycan Huawei  şirkəti ilə daha böyük İKT layihələrə başlayır

Azərbaycan Huawei şirkəti ilə daha böyük İKT layihələrə başlayır

25-12-2015
“Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

“Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

12-10-2023
Elm və təhsil naziri "Huawei"nin rəhbər heyəti ilə görüşüb

Elm və təhsil naziri "Huawei"nin rəhbər heyəti ilə görüşüb

12-06-2025
Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

01-05-2019
BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025
Çin ilə münasibətlər yeni mərhələyə qədəm qoyur

Çin ilə münasibətlər yeni mərhələyə qədəm qoyur

01-04-2024
Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023
AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

08-05-2025
BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025
BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025
Huawei Bakıda yeni  məhsullar təqdim edib

Huawei Bakıda yeni məhsullar təqdim edib

21-09-2017
Xəzər İnnovasiya Konfransı Huawei ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir

Xəzər İnnovasiya Konfransı Huawei ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir

05-12-2018
“Huawei” BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

“Huawei” BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

17-07-2025
"Huawei" şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

"Huawei" şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

24-06-2019
Azərbaycan İKT üzrə məsul qurum rəhbərlərinin 4-cü görüşündə təmsil olunub

Azərbaycan İKT üzrə məsul qurum rəhbərlərinin 4-cü görüşündə təmsil olunub

18-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə