Azercell Azərbaycan gəncləri üçün Türkiyədə “Kibertəhlükəsizlik Təlimi Düşərgəsi”nə qatılmaq imkanı yaradır

21-07-2023 / 22:43

Ölkənin lider mobil operatoru və Türk Telekom kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssisi Türkiyəyə düşərgəyə göndərəcək

Azercell və Türk Telekom şirkətləri birgə əməkdaşlıqda kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış gənclərin peşəkar inkişafı məqsədilə müsabiqə elan edir. Müsabiqənin nəticələrinə əsasən Azərbaycandan seçilən 10 gənc mütəxəssis bu ilin avqust ayında Türkiyədə baş tutacaq “Kibertəhlükəsizlik Təlimi Düşərgəsi”nə qatılmaq imkanı qazanacaq.

Türk Telekom tərəfindən “Gələcəyin kiberqəhrəmanlarından biri ol” şüarı ilə keçirilən kibertəhlükəsizlik düşərgəsinə bu il ilk dəfədir ki, azərbaycanlı tələbələr və universiteti yeni bitirmiş gənc mütəxəssislər müraciət edə bilərlər. Layihənin Azərbaycan tərəfdən rəsmi tərəfdaşı - ölkənin lider mobil operatoru "Azercell Telekom”dur. Azercell düşərgəyə qatılacaq tələbələrin seçimi prosesini təşkil edərək qaliblərin iştirakına dəstək olacaq.

“Kibertəhlükəsizlik Təlimi Düşərgəsi”nə qatılmaq üçün 28.07.2023-cü il tarixinədək burada qeydiyyatdan keçmək lazımdır.

Qeyd edək ki, Türk Telekom tərəfindən kibertəhlükəsizlik düşərgəsi (bootcamp) hər il təşkil olunur. 2023-cü ildə düşərgə 14–23 avqust tarixlərində baş tutacaq. 10 günlük düşərgə müddətində tələbələr kibertəhlükəsizlik üzrə həm nəzəri, həm də təcrübə baxımdan mühüm mövzularda təlimlər alaraq bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Həmçinin düşərgə sonrası tələbələrin imtahanlarda göstərəcəkləri nəticələrdən asılı olaraq yüksək qiymətlərlə fərqlənənlərə iş imkanları yaradılacaq.

Sürətlə rəqəmsallaşan dünyada kibertəhlükəsizlik ən aktual və vacib mövzulardan biridir. "Azercell Telekom" lider mobil operator olaraq fərd və institutların kibertəhlükəsizlik baxımından güvənli ortamda fəaliyyət göstərməsi üçün bir çox layihəyə imza atıb. Şirkət uzun illər uşaqların internetdə və virtual həyatda təhlükəsizliyini qorumaq üçün xüsusi proqram və təlimlər təşkil edib, müasir beynəlxalq tendensiyaları Azərbaycana gətirib və bu istiqamətdə fəaliyyətini uğurla genişləndirir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə